AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA SƏFƏRİ
YELİSEY SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Fransada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 10-da Parisdə, Fransa dövləti başçısının iqamətgahı Yelisey sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə səmimiyyətlə qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra prezidentlərin təkbətək görüşü oldu.