Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Milli Televiziyasına müsahibəsi VİDEO

Budapeşt, 11 noyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibə verib.

- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və dinamik iqtisadiyyata malik olan ölkəyə çevrilib. Bu, necə baş verdi?

- Əslində, son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir.

Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.

Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutmuşdur. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.

Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. Biz, həmçinin işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olmuşuq. Bizim yaxşı perspektivlərimiz var, çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir. Üstəgəl bizim bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar yaradacaqdır.

- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji sazişlər imzalamışdır. Siz Macarıstanla da belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu ölkələrə nə verə bilər?

- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqının bəzi üzvləri ilə də oxşar sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq. Bu, bizim niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini nümayiş etdirən tarixi bir sənəddir. Bu gün Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri - siyasi, iqtisadi, enerji, mədəniyyət və investisiya sahələrini əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Biz bu ideyanı neçə illərdir ki, təbliğ etdik. Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir.

Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik. Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik bir-biri ilə bağlıdır.

- Siz Avropa üçün vacib məsələ olan enerji təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji təhlükəsizliyinə Azərbaycanın daxil olması nə üçün vacibdir?

- Əlbəttə ki, Avropa təşkilatları ilə münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil edəcəkdir, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırmışdır. Bu proses davam edəcəkdir. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə daha asan çıxışı təmin edəcəkdir. Bu isə öz növbəsində xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil.

Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir.

İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə görə Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır.

Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və Azərbaycan qazının Macarıstana hansı marşrutlarla gətirilməsini dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər. Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz “Cənub” qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaqlar.

- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan bir-birilərinin sərmayələrindən necə faydalana bilər?

- Əminəm ki, aramızda olan çox yaxın siyasi əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji tərəfdaşlıq iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni imkanlara yol açacaq. Məsələn, bu il qarşılıqlı ticarət dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olmuşdur. Bunun səbəbi də hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.

Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki müqavilə və anlaşma memorandumlarını imzalayacağıq. Onlar bir çox sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı böyük inşaat layihələrində iştirak edəcəklər. Onlar ölkəmizdə bir neçə körpü tikəcəklər. Eyni zamanda, macar şirkətləri su təchizatı və paylanılması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində çıxış edəcəklər.

Azərbaycana müxtəlif növ kənd təsərrüfatı məhsullarının çatdırılması üçün macar şirkətləri ilə kənd təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var. Bu gün informasiya texnologiyaları sahəsində sənəd imzalanmışdır və burada söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir. Turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələr də mövcuddur. Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət edirik. Biz dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması səbəbsiz baş verməmişdir. Bunun səbəbi bizim sıx siyasi əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı hörmətimiz olmuşdur. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin mövcud olan potensial bundan qat-qat böyükdür və biz Baş nazir Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik. Biz hökumətinizin də prioritet hesab etdiyi sahələr üzrə Macarıstana investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki, uzun illər ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.

- Bu, çox vacibdir: Azərbaycan Macarıstana nə verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə nə məsləhət verə bilər, yoxsa sadəcə, investisiyalarla kömək edə bilər? Necə ki, Macarıstan Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu edib.

- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış çox dinamik, effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor Orbanın yürütdüyü siyasətin milli maraqlara söykəndiyini və əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi. Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi, əldə etdiyiniz bu möhtəşəm nailiyyətinizə görə sizi və hökumətinizi yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm sizin, həm də bizim hökumətimiz üçün yüksək prioritet təşkil edir. Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar bizi birləşdirir.

Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz Macarıstanda, o cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə bilərik. Beləliklə, çoxlu imkanlar var və biz onları reallaşdırmağa hazırıq. Mənim səfərim və Baş nazir ilə dünən və bu gün apardığım müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl Macarıstandan Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə yönəlib. Bu gün biznes forumda əlbəttə ki, Azərbaycanda mövcud biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə biz nə etməyi planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni layihələrimiz və yaxşı nəticələrimiz olacaq.

- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

- Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Milli Televiziyasına müsahibəsi VİDEO

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər