AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİSİRİN BAŞ NAZİRİ ƏHMƏD NAZİF İLƏ GÖRÜŞÜ
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında Baş nazir Əhməd Nazif ilə təkbətək görüşü olmuşdur.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq bildirildi, bu sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı. İqtisadi münasibətlərin daha da genişlənməsində Azərbaycan-Misir hökumətlərarası komissiyasının fəal rol oynayacağına əminlik ifadə edilən görüşdə bildirildi ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanacaq sənədlər bu işə öz töhfəsini verəcəkdir.