AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİSİRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ NAZİRİ İLƏ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Misirin əməkdaşlıq naziri, Misir-Azərbaycan birgə hökumətlərarası komissiyasının həmsədri xanım Faizə Əbülnəqa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu, iqtisadi və humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri, imzalanmış sənədlər və birgə hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcəkdir.