AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
NAXÇIVAN HAVA LİMANINDA QARŞILANMA
Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısını və onun xanımı Mehriban Əliyevanı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla, səmimiyyətlə qarşıladılar.
Milli geyimli qızlar respublikamızın rəhbərinə və onun xanımına gül dəstələri təqdim etdilər. Milli adətə uyğun olaraq üzərlik yandırıldı.
Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı Azərbaycan əsgərlərini salamladı, onu qarşılamağa gəlmiş Muxtar Respublikanın yüksək vəzifəli şəxsləri ilə səmimi görüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]