Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

-Əziz dostlar!

Bu gün bu qısa filmdə səslənən sözləri mən düz beş il bundan əvvəl - 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunun təsis günündə demişəm və bu sözlər bu gün də aktualdır. Bu sözlər həm keçmiş haqqında, həm gələcək haqqındadır. Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, çoxlu elmi əsərlər yazılıb, çoxlu fikirlər səslənib. Bir şeyi əlavə edə bilərəm ki, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dovrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində, təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq, müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir.

Beş il bundan əvvəl deyilən sözlər bu gün də aktualdır və bugünkü həyat, Heydər Əliyevsiz keçdiyimiz bu yol onun əyani sübutudur. Əgər bu siyasət davam etdirilməsəydi, bilmək olmaz Azərbaycan hansı fəlakətlərlə üzləşə bilərdi, hansı vəziyyətə düşə bilərdi. Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir. Məhz o illərdə iqtisadi sahədə, energetika sahəsində böyük addımlar atılmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və bu gün bu strategiya uğurla davam etdirilir. Əgər biz bu mühüm amili götürsək, görərik ki, bu, olmasaydı, Azərbaycanın daxili vəziyyəti bu gün necə olardı, xarici mövqeləri necə olardı və ümumiyyətlə, beynəlxalq nüfuzu nədən ibarət olardı. Bütün bugünkü uğurlara görə biz ulu öndərə borcluyuq. Onun uzaqgörənliyi, cəsarəti, fədakarlığı bugünkü günü mümkün etmişdir və biz - onun davamçıları onun siyasətini bundan sonra da davam etdirəcəyik, Azərbaycanı bundan sonra da onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan dövləti müstəqil dövlətdir, Azərbaycan dövləti öz milli və dini ənənələrinə sadiq dövlətdir. Eyni zamanda, Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir və Azərbaycanın müasirləşməsi, modernləşməsi işində biz bundan sonra da öz səylərimizi qoyacağıq. Ölkəmizi inkişaf etmiş ölkələrin sırasına daxil edəcəyik. Ölkədə bu potensial var - həm insani potensial, həm siyasi iradə, həm iqtisadi potensial, bölgədəki mövqelərimizin möhkəmlənməsi, sürətli inteqrasiya prosesləri. Azərbaycanın qarşısında bütün yollar açıqdır, bütün üfüqlər açıqdır, aydındır və biz irəliyə gedirik. Biz inkişaf yolu ilə gedirik. Bu inkişaf yolunu Heydər Əliyev bizə göstərmişdir və onun Azərbaycan xalqına və onun davamçılarına ən böyük vəsiyyəti də məhz ondan ibarət idi ki, Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcəkdir.

Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, Azərbaycan dövləti daha da möhkəmlənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, təhlükəsizlik, sülh şəraitində, rifah içində yaşasın. Bizim son illər ərzində apardığımız bütün islahatlar bu məqsədi güdür.

Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, onun kimi, Heydər Əliyev kimi, öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı - azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesabına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur.

Bu gün çox gözəl bir gündür. Bu gün biz iki gözəl hadisəni qeyd edirik - Heydər Əliyevin doğum gününü və onun adını daşıyan Fondun beş illik yubileyini. Bu son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq Fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük.

İndi statistik rəqəmləri gətirmək istəmirəm, bunlar hamısı artıq tarixdə var. Nə qədər insana şəfa verildi. Nə qədər insanlar sağalmayan yaralardan sağaldılar, müalicə aldılar. Nə qədər uşaq qayğı gördü, nə qədər kimsəsiz uşağa əl uzadıldı. Yeni tikilmiş uşaq evlərində yaşayan uşaqlar artıq gələcəyə inanırlar, onlar öz doğma Vətənində yaşamaqdan qürur hissləri keçirirlər. Fondun təşəbbüsü ilə başlanmış geniş məktəb tikintisi, - mən bunu bu gün açıq deməliyəm, - biz bu təşəbbüsü əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb tikintisinə başlamışdıq. Amma ilk məktəblər məhz Fondun təşəbbüsü ilə və Fond tərəfindən tikilmişdir. O məktəblərdə oxuyan, kompyuterlə məşğul olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir. Mən birmənalı şəkildə deyə bilərəm ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, Fondu bundan sonrakı fəaliyyətində də ümumbəşəri prinsipləri irəliyə aparacaqdır.

Heydər Əliyev Fondu milli Fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşübdür. Düşübdür deyəndə, Fond və Fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən Fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında Fondun rolu böyük olacaqdır.

Əziz dostlar, bu gözəl gündə mən sizin hamınızı yeni tikilmiş bu gözəl “Buta” sarayında salamlayıram. Bu gün çox əlamətdar bir gündür və əminəm ki, bu gün bizim üçün gözəl keçəcəkdir. Bu gün ulu öndər Heydər Əliyevin xatirəsini yad etdik. Onun xatirəsinə hörmət onun işlərinə ən böyük mükafatdır. Mən bu gün bu kürsüdən bütün Azərbaycan xalqına öz dərin hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Sağ olun.

X X X

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.

Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Mükafatı ilk dəfə təqdim olunurdu. Heydər Əliyev Mukafatı komissiyası öz iclaslarında ölkənin ən yüksək mukafatına layiq görülən şəxsiyyətlərin yaradıcılıq yolunu və fəaliyyətini araşdırmışdır. Komissiya 2009-cu il 5 may tarixli iclasında öz qərarı ilə Azərbaycan Respublikasının Prezidentinə müvafiq Sərəncam vermək üçün 3 namizəd təqdim etmişdir.

Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova Heydər Əliyev Mükafatını təqdim etdi.

Ömər Eldarov təşəkkür edərək dedi:

- Əziz dostlar! Mən xoşbəxtəm desəm, bu, heç nə deməmək kimi olar. Mən həyəcanlıyam, ona görə də, danışığım səlis olmayacaq. Bu mükafatı almaq mənim üçün çox böyük fərəhdir. Bu, respublikamızda mövcud olan ən yüksək mükafatdır. Bu mükafatı almaq məni ona görə xüsusilə sevindirir ki, o, dövlətimizin banisi Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev bu gün çiçəklənən dövlətin iqtisadi və başqa əsaslarını uzun illər boyu yaratmışdır.

Obrazlı şəkildə desək, indi Azərbaycan dünyada kiçik, lakin ən parlaq və ən dinamik inkişaf edən ölkədir. Çox sağ olun, İlham Heydər oğlu! Çox sağ olun!

Dövlətimizin başçısı ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova Heydər Əliyev Mükafatını təqdim etdi.

Arif Məlikov dedi:

- Azərbaycan Prezidentinə, onun xanımına öz dərin təşəkkürümü bildirir və bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam. Mən Heydər Əliyevlə uzun illər ünsiyyətdə olmuşam və bu ünsiyyətin nəticəsində borc bildim ki, bir neçə il üzərində işlədiyim səkkizinci simfoniyanı ona həsr edim. Bu yaxınlarda Prezidentin Sərəncamı ilə mənim yubiley günlərimi keçirəndə ilk gecədə səkkizinci simfoniya səsləndi. Yeddinci simfoniya İhsan Doğramacıya həsr olunmuşdu. İki simfoniya birlikdə səsləndi. Mən bununla fəxr edirəm. İndi o, CD və DVD formasında buraxılıb. İnanıram ki, onun dinləyicələri bundan sonra da artacaq. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.

Mehriban xanım Əliyeva dedi:

- İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun.

X X X

Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi oldu.

Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edildi.

“Qızıl çinar” beynəlxalq mükafatı həyatını yer üzündə bəşəri dəyərlərin, humanizm prinsiplərinin bərqərar olmasına həsr edən ictimai xadimlərə, dünyanın tanınmış adamlarına, seçilən və sevilən insanlara təqdim olunacaqdır. Bu gün “Qızıl çinar” beynəlxalq mükafatı Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirak edən, sıx əməkdaşlığa səy göstərən, xalqlararası əlaqələrin möhkəmlənməsinə, ümumi işə öz töhfəsini verən insanlara təqdim olunur.

“Qızıl çinar” beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim etdi.

Sıx əməkdaşlığa və ümumi işə verdiyi töhfəyə görə ilk nominasiyada mükafata bütün həyatı humanizm ideyalarından qaynaqlanan, ulu öndərin məsləkdaşı və yaxın dostu professor, doktor İhsan Doğramacı layiq görülmüşdür. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edildi.

Əli Doğramacı təşəkkür edərək dedi:

- Cənab Prezident,

hörmətli Mehriban xanım,

Atam İhsan Doğramacı bu gün burada sizlərlə birlikdə olmağı çox istəyirdi. Atamın həkimləri isə onun daha çox yaşaması üçün səyahət etməməsini istəyirlər. Nəticədə atam həftənin yeddi günü Ankarada işləyir, amma təyyarəyə minib səyahət edə bilmir. Atam Heydər Əliyevi tanıdığı gündən ona heyran olmuşdur. Böyük lider Heydər Əliyevin həyatı boyunca sülhə, insanlığa, türk dünyasına və Azərbaycana etdiyi böyük xidmətlər və fədakarlıqlar qəlbimizdə və yaddaşımızda nəsillərdən-nəsillərə keçməklə iz bıraxmışdır. Bu böyük insanın yolunu davam etdirmək üçün qurulmuş Heydər Əliyev Fonduna, atamın təşəkkürlərini və hörmətlərini çatdırmaq üçün buradayam. Bu gün bu çox yüksək mükafatın atama verilməsinin Heydər Əliyevin ruhunu şad etdiyinə inanıram. Sizlərə dərin hörmətimi ərz edirəm. Sağ olun!

Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

Əlibaba Məmmədov təşəkkürünü bildirərək dedi:

- Mən bu gün çox şadam ki, bu mükafat ulu öndərimizin doğum günündə mənə təqdim olunur. Çox əzizimiz, hörmətli cənab Prezidentimizə və yenə də əzizimiz, hörmətli Mehriban xanıma ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olsunlar!

Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən ilk layihədə fəal iştirakına, etibarlı tərəfdaşlığın qurulmasına və ümumi işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də “Qızıl çinar”la mükafatlandırıldı.

Marko Borsotti dedi:

- Bu mükafatı almaq böyük şərəfdir. Bu fürsətdən istifadə edərək mən bütün qonaqların qarşısında bir daha bəyan etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyevlə görüşüm həmişə xatirimdədir. Həmin görüş zamanı o, mənə ölkənin gələcəyi ilə bağlı fikirlərini söylədi. Mən bir daha onun uzaqgörənliyinin şahidi oldum. Bir daha onu qeyd etmək istəyirəm ki, Heydər Əliyev - Azərbaycanın ümummilli lideri bu ölkənin irəliyə doğru aparılmasında, onun inkişafında çox böyük, müstəsna rol oynamışdır. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bundan sonra da onun əldə etdiyi nailiyyətləri dəstəkləyəcəyəm. Eyni zamanda, mən Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm ki, bu mükafatla məni təltif etmişdir. Çox sağ olun!

Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi böyük dəstəyə, yüzlərlə insanın sağlamlığının bərpasına əvəzsiz töhfəsinə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olundu və mükafat sahibinə təqdim edildi.

Rəşad Mahmudov təşəkkür edərək dedi:

- Məni belə bir mükafata layiq gördüyünüzə görə təşəkkür edirəm. İnanın, ildə ən azından 700-800 açıq ürək əməliyyatı aparan bir insan olaraq bu əməliyyatlarda keçirdiyim həyəcandan daha böyük həyəcan keçirdim. Mən əvvəlcə Azərbaycanda “Himayəçi Ana” obrazını və rəmzini bu qədər gözəl bir şəkildə yaratdığınıza görə, bunu dünya ictimaiyyətinə həm milli dəyərlərimiz, həm də müasirliyinizlə çatdırdığınıza görə, bizləri və bizlər kimi milyonlarla insanı xeyirxah işlərə ruhlandırdığınıza görə və nəticədə gördüyümüz işləri bu şəviyyədə yüksək qiymətləndirdiyinizə görə təşəkkür etmək istəyirəm.

Bir azərbaycanlı gənci olaraq, bir Azərbaycan həkimi olaraq fürsətdən istifadə edib Prezidentimə minnətdarlıq etmək istəyirəm! 2005-ci il mayın 10-da 15 illik təhsilimi bitirdikdən sonra Azərbaycana gələrək, Mərkəzi Neftçilər Xəstəxanasında ürək və damar cərrahiyyəsi şöbəsində fəaliyyətə başladıq. O gündən bu günə qədər üç mindən çox insanın üzərində açıq ürək əməliyyatı aparmışıq.

Prezidentimizin sosial inkişaf istiqamətində apardığı əməli işlərin və səhiyyəyə göstərdiyi dəyərin ən gözəl və ilk nümunəsi olan Lənkəran Müalicə-Diaqnostika Mərkəzində, ilk dəfə Azərbaycan paytaxtından kənarda, ucqar bir rayonda açıq ürək əməliyyatını - bu şərəfli işi mənə etibar etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bunun ardınca 31 yaşında ikən “Tərəqqi medalı” ilə təltif etdikdən sonra daha da ruhlandıraraq Naxçıvanda, Şirvanda, Qəbələdə, Zaqatalada keçirilən yüzlərlə açıq ürək əməliyyatında bu şərəfli işi mənə həvalə etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan həkiminin Sovetlər Birliyi süquta uğradıqdan sonra uzun illər natamamlıq hissi içərisində yaşaması, xaricdə keçirilən konfranslarda, simpoziumlarda iştirakdan çəkinməsi artıq arxada qalmışdır. Bu gün yaratmış olduğunuz bu gözəl, bu əvəzedilməz səhiyyə ocaqları ilə biz həkimlərin xəstələrimizə yüksək xidmət göstərmək imkanı yaratdığınıza görə təşəkkür edirəm. Bu gün Azərbaycan xəstəsinin öz həkiminə inamını qaytardığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün xaricdə təhsil alan minlərlə azərbaycanlı gəncin işləmək üçün ölkəmizə qayıtmaq istəyini yaratdığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün Azərbaycanda tibb təhsili alan minlərlə gəncdə gələcəyə inam yaratdığınıza və düşüncələrini genişləndirdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Biz gənclər ideya atamız Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu inkişaf yolunun, Prezidentimizin səhiyyə sahəsində müsəlləh əsgərləriyik. Bu gün Azərbaycanda zəngin maddi-texniki bazası olan gözəl müalicə ocaqları yaradılarkən biz həkimlər də üzərimizə düşən məsuliyyətin fərqindəyik və Sizi inandırırıq ki, Azərbaycanın Avropa tibbinə inteqrasiya proqramı çərçivəsində görəcəyimiz çox işlər vardır. İnşallah, sizlərin humanizm bayrağı altında sıx birləşərək bütün bu işlərin öhdəsindən layiqincə gələcəyik. Bu gün mənə verilən bu mükafata görə dərin qürur hissi keçirirəm və buna görə hamınıza təşəkkür edirəm. Çox sağ olun!

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə və ümumi işə verdiyi töhfəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də “Qızıl çinar” beynəlxalq mükafatı verildi.

Kşiştof Krayevski dedi:

- Hörmətli cənab Prezident,

hörmətli Mehriban xanım Əliyeva,

hörmətli xanımlar və cənablar.

İlk öncə, mənə verilən bu yüksək mükafata görə sizə Polşa Respublikası adından və öz adımdan səmimi minnətdarlığımı bildirmək istərdim. Mən çox həyəcanlıyam. Polşa Respublikasının Azərbaycandakı səfiri qismində öz fəaliyyətimə başlayarkən mən arzulayırdım ki, ölkələrimiz arasındakı əlaqələrimiz bir çox sahələrdə dostluq mühitində inkişaf etsin. Təhsil hər iki ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli bir sahədir. Mən çox şadam ki, Polşa Sarıqamış kəndindəki məktəbin tikintisi ilə bağlı layihədə iştirakı ilə Azərbaycanda gənc nəslin formalaşmasına töhfələr verdi. Layihənin həyata keçirilməsi Heydər Əliyev Fondunun iştirakı olmadan mümkün olmazdı. Öz xeyirxah işləri ilə fərqlənən və nəcib bir təşkilat olan Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan fəxr edirəm. Habelə xanım Mehriban Əliyevaya, onun tərifəlayiq fəaliyyətinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli cənab Prezident,

hörmətli xanımlar və cənablar,

Bilin ki, Azərbaycanın mənim şəxsimdə səmimi bir dostu vardır və mənim üçün Polşa ilə Azərbaycan arasında dostluq əlaqələrinin qurulması olduqca dəyərlidir. Yaşasın Azərbaycan!

Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edildi.

Nərminə Zöhrabova minnətdarlıq edərək dedi:

- Mən övladlarım adından, böyük ailəmiz adından cənab Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Çox sağ olun, təşəkkür edirik. Əməyimizə verdiyiniz qiymətə görə sağ olun.

Mükafatlandırma mərasimindən sonra geniş konsert proqramı təqdim olundu. İncəsənət ustaları konsertdə maraqlı proqramla çıxış etdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək