AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
DAŞKƏND-2 HAVA LİMANINDA QARŞILANMA
Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş “Daşkənd-2” hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Özbəkistanın Baş naziri Şavkat Mirziyayev, xarici işlər naziri Sadıq Safayev, Azərbaycanın Daşkənddəki səfiri Aydın Əzimbəyov, Özbəkistanın Bakıdakı səfiri Əbdüqafur Əbdürəhmanov səmimiyyətlə qarşıladılar.
Milli geyimli qızlar Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Özbəkistan prezidentinin “Durmen” iqamətgahına gəldi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]