AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, martın 23-də Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Salona toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Özbəkistan Prezidenti İslam Kərimovu və xanımı Tatyana Kərimovanı hərarətlə qarşıladılar.
Prezidentlər qəbulda nitq söylədilər.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.