AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü fövqəladə zirvə toplantısının dekabrın 8-də üçüncü qapalı iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edirdi.
İclasda çıxış edən dövlət və hökumət başçıları zirvə görüşünün yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərlərinə təşəkkürlərini bildirdilər.
İslam Konfransı Təşkilatının fövqəladə zirvə toplantısının yekunlarına əsasən, “Müqəddəs Məkkə Bəyannaməsi” qəbul olundu.
Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz Al Səud zirvə toplantısını bağlı elan etdi.