AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
Görüşdə Azərbaycan-ABŞ əlaqələri haqqında ətraflı fikir mübadiləsi aparıldı. Söhbət zamanı respublikamızın Birləşmiş Ştatlarla sıx əməkdaşlığı ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində apardığı ardıcıl siyasət də vurğulandı.
Senator Azərbaycanın NATO-nun zirvə görüşündə iştirakının məqsədi ilə də maraqlandı. Azərbaycanın beynəlxalq və regional təşkilatlarla yaxından ələqələr saxladığını bildirən Prezident İlham Əliyev dedi ki, ölkəmiz Şimali Atlantika İttifaqı ilə birgə layihələrdə də fəal əməkdaşlıq edir. Bu nüfuzlu qurumun dünya siyasətində artan rolunu nəzərə alaraq, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində onun dəstəyinə nail olmağa ümid bəsləyir.
Cənab Bill Frist bildirdi ki, ABŞ Senatında Azərbaycanın ədalətli mövqeyini başa düşən senatorların sayı getdikcə artmaqdadır və onlar bu sahədə öz köməyini göstərəcəklər.
Görüşdə hər iki ölkənin energetika layihələrində birgə iştirakı, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi də aparıldı.