AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edildi.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
