AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin geniş spektrdə inkişafından razılıq ifadə olundu. Dövlət başçılarının görüşlərinin qarşılıqlı əlaqələrin möhkəmlənməsində əhəmiyyəti vurğulandı.
Beynəlxalq Enerji Sammitinə toxunan Prezidentlər ölkələrarası əlaqələrin inkişafı, eləcə də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər.
######
