AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, dövlətimizin başçısı İlham Əliyevin bu yaxınlarda Türkiyəyə rəsmi səfərinin yüksək səviyyədə həyata keçirildiyi və bunun qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə verdiyi vurğulandı.
Prezidentlər Bakıda təşkil olunan enerji sammitinin əhəmiyyətinə toxunaraq, qlobal enerji layihələrində Azərbaycan və Türkiyənin sıx əməkdaşlığının önəmini və ölkələrimiz arasında əlaqələrin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyini vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
######
