AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
Praqa, 7 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar və enerji məsələləri ilə bağlı müzakirələr aparıldı.
######
![]() |
![]() |

