AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Aşqabadda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Dövlət başçıları ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi apardılar.
######
