AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olundu. Növbəti enerji sammitinin Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçıları bu tədbirin enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğunu vurğuladılar. Ukrayna Prezidentinin Bakıya səfərinin bu sahədə ölkələrimiz arasında əlaqələrin və ümumən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
######
