AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iqtisadi əməkdaşlığın genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi.
Prezidentlər əminliklə vurğuladılar ki, ölkələrimizin iqtisadi və digər sahələrdə əlaqələri bundan sonra da genişlənəcəkdir. Azərbaycan və Xorvatiya beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.