Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Torpaqlarımızın azad edilməsi daşınmaz əmlak bazarındakı süstlüyü aradan qaldıracaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Torpaqlarımızın azad edilməsi daşınmaz əmlak bazarındakı süstlüyü aradan qaldıracaq

Bakı, 1 dekabr, AZƏRTAC

44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir formada bərpasında turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc son günlər ölkəmizdə baş verən mühüm hadisələrin əmlak bazarına təsirinə dair fikirlərini AZƏRTAC-la bölüşüb.

- Bir-birini təqib edən karantin, pandemiya, Vətən müharibəsi və yenidən sərt karantinin daşınmaz əmlak bazarına təsirini necə qiymətləndirərdiniz?

- 2020-ci il ölkəmiz üçün mühüm dəyişikliklər ili oldu. Pandemiya və sərt karantinin iqtisadiyyata, ələlxüsus da əmlak bazarına təsiri ilə bağlı mütəxəssis rəyi ilə çıxış edərək ictimaiyyətə məlumat vermişdik. Həmin məlumatda müvafiq dövr üçün bazara edilən təkliflərin mövcud olmağına baxmayaraq, tələbatın bu təkliflərlə müqayisədə daha az göründüyü qeyd edilmişdi. Bu səbəblə də sözügedən dövrdə qiymətlərdə müəyyən qədər azalmaların baş verməsi təbiidir. Bundan başqa, pandemiya dövründə Beynəlxalq Qiymətləndirmə Standartları komissiyasının xüsusi rəyində həmin dövrdə mövcud olan qiymətlərin bazar dəyəri olmadığı da qeyd edilmişdi. Başqa sözlə desək, xüsusi fors-major vəziyyət olduğuna görə, əmlakların bazar dəyəri məhz sözügedən dövrdəki kimi götürülə bilməz. Bununla bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də müvafiq dövrə uyğun sənədlər qəbul etmişdi. Bazarın daim təhlilini aparan və mövcud dinamikanı müşahidə edən bir şirkət kimi baş verən dəyişikliklərin qiymətləndirmə işinə birbaşa təsir göstərdiyini deyə bilərik. Pandemiya başlanan dövrdən indiyədək əmlakın qiymətlərində müəyyən dəyişikliklər baş verib. Bu da karantin ilə əlaqədar müəyyən planların, yeni ailələrin qurulmasının təxirə salınmasından irəli gəlir. Təbii ki, əmlak alqı-satqısında müəyyən fasilələr yaranır, nəticədə əmlakını təklif edərkən mövcud şəraiti nəzərə almaq lazım gəlir, bu isə qiymətlərin enməsinə gətirib çıxarır. Amma indi yeni bir situasiya yaranıb - Azərbaycanın müzəffər Ordusu illərdir işğal altında olan əraziləri azad edib. Artıq gündəmdə həmin ərazilərin yenidən qurulması və bərpa işlərinin görülməsidir. Bu prosesdə Azərbaycana dost olan və iqtisadi münasibətləri yüksək səviyyədə qurulmuş dövlətlər öz maraqlarını ortaya qoyaraq müəyyən investisiya yatırımı təklifləri ilə çıxış edəcək. 44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir formada bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər. Bildiyiniz kimi, azad olunan ərazilər həm turizm üçün gəlirli, həm də kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə və münbit şəraitə malikdir. Bu səbəbdən də həmin ərazilərdə yenidənqurma işlərinin aparılması Azərbaycan iqtisadiyyatında çox böyük müsbət tendensiyalara səbəb olacağı və iqtisadiyyatımızın bu proseslərin nəticəsi olaraq böyüyəcəyi təbii haldır. Digər tərəfdən iqtisadiyyat böyüdükcə, yeni yatırımlar olduqca əmlak qiymətlərində də müəyyən dəyişikliklər olacaq. Yəni iqtisadiyyatı böyük olan dövlətlərdə əmlakların qiymətləri daha yüksək olur.

Rusiya və ya Türkiyədə iqtisadiyyat böyüdüyü anda əmlak qiymətlərində yüksəlməni müşahidə etmişik. Avropada iqtisadi inkişafın zirvəsində olan dövlətlərdə əmlak bizdəki qiymətlərdən 1,5-2 dəfə yüksəkdir. Əmlakın dəyəri həmin ölkələrdə baş verən iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Belə ki, iqtisadi proseslərdə uğursuzluq və ya hər hansı problem yarananda əmlakın qiymətində enmələr labüd olur.

Təqribi hesablamalarımıza görə, Azərbaycan iqtisadiyyatında Vətən müharibəsi nəticəsində azad edilən bölgələrin payı 25-30 faizdir. Bu payın yenidən ölkə iqtisadiyyatının tərkib hissəsinə daxil olması, həmin ərazilərdə həyatın yenidən canlanması, istehsalatın bərpası ölkə iqtisadiyyatına elə bir təsir göstərər ki, daşınmaz əmlak bazarında da alqı-satqı prosesləri aktivləşə, daşınmaz əmlaka tələbatlar arta bilər. Bunun nəticəsində isə ciddi şəkildə iqtisadi inkişafın yüksəlməsinin və paralel olaraq daşınmaz əmlak bazarının aktivləşməsinin şahidi ola bilərik.

- Azad edilmiş torpaqlara köçkünlərin qaytarılması paytaxtda, ümumilikdə ölkədə daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək?

- Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir. Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq.

- Xarici ölkə şirkətləri tərəfindən investisiya cəlb edilməsi üçün geniş imkanlar yaranacaq. Bu amilin daşınmaz əmlak bazarına təsiri necə olacaq?

- Birmənalı şəkildə müsbət olacaq. Səbəb isə ondan ibarətdir ki, ölkənin iqtisadi inkişafına səbəb olan sərmayə qoyuluşu həm də ölkəmizə xarici iş adamlarının gəlməsi deməkdir. Bu isə ya müvəqqəti, ya da birdəfəlik əmlakın alınması və ya icarəyə götürülməsi istiqamətində ciddi artımın olacağını söyləməyə əsas verir. Bundan başqa, iqtisadi inkişaf təbii ki, əhalinin də rifahına təsir edir və onlar da bu zəmində əmlak - mənzil, obyekt sahibi olmaq haqqında düşünür. Hesab edirəm ki, torpaqlarımızın alınması alqı-satqı faktlarında azalmanın deyil, daşınmaz əmlak bazarında mövcud olan süstlüyün aradan qalxmasına səbəb olacaq. Belə ki, məcburi köçkünlərin öz yurdlarına qayıtması onların daha öncə məskunlaşdığı ərazilərdə iş yerlərinin artmasına, bu isə əhalinin büdcəsində müsbət yönə dəyişməyə səbəb olacaq. Bütün bunların fonunda əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz.

- Hazırda iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər şəhid və qazı ailələrinə mümkün yardımı etməyə çalışır. Siz bu istiqamətdə hansı addımları atmışdınız?

- Biz Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirməyə başlamışıq. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihə çərçivəsində Qarabağın azad edilməsi uğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50 faiz güzəştlə həyata keçiriləcək.

- İşğaldan azad edilmiş ərazilərdə xidmət ilə əlaqəli planlarınız varmı?

- Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə nəticələnən prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir. Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək. Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə “Vecon Consulting” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır. Əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir