AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNƏ DÖVLƏT QAYĞISININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərinə baxaraq, müvafiq tədbirlər planı hazırlayıb təsdiq etsin.
2. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına tövsiyə edilsin ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli təşkilatlarının sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə kömək etsinlər.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2004-cü il