Azərbaycan Qran-Prisinin qalibi: Bakıdakı yarışı səbirsizliklə gözləyirəm
Bakı, 12 sentyabr, AZƏRTAC
“Bakıdakı yarışı səbirsizliklə gözləyirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Alpha Tauri" komandasının pilotu Daniel Rikkardo sabah start götürəcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Avstraliyalı sürücü yarışın komandası üçün vacib olduğunu bildirib: “Bu, əsl trekdir. Yarış zamanı cəld və doğru qərar verməlisiniz. Komandamız Faentsa şəhərində əlindən gələni etdi. İndi bəzi yenilikləri sınamaq üçün səbirsizlənirəm. Ciddi sınaq olacaq, amma əminəm ki, bir neçə xal toplayacağıq”.
Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə "Red Bull" komandasının heyətində Azərbaycan Qran-Prisinin qalibi olub. Formula 1 Azərbaycan Qran-Prisi-2024 sentyabrın 13-15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]