AZƏRBAYCAN QROSSMEYSTERİ ŞƏHRİYAR MƏMMƏDYAROV NORVEÇ VUNDERKİNDİ MAQNUS KARLSENİ MƏĞLUBİYYƏTƏ UĞRATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda - “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirilən və ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş FİDE-nin Qran-pri turnirində 4-cü tur oynanılmışdır.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveç vunderkindi Maqnus Karlsenlə görüşünü 37-ci gedişdə qələbə ilə başa çatdırmışdır. Bu, Ş.Məmmədyarovun yarışda hələlik ilk qələbəsidir. Qara fiqurlarla oynayan Teymur Rəcəbov Rusiya çempionu Peter Svidlerlə qarşılaşmanın 41-ci gedişində xalları yarı bölmüşlər. Eyni nəticə Vüqar Həşimovla rusiyalı Ernesto İnarkiev arasında qeydə alınmışdır.
Digər qarşılaşmalar belə nəticələnmişdir: Yu Vanq-İvan Çeparinov 1:0, Qata Kamski-Aleksandr Qrişşuk 0,5-0,5, Maykl Adams- David Navara 1:0, Etyen Bakro - Sergey Karyagin 0,5-0,5
Turnir cədvəlinə yenə də 3 xalla A.Qrişşuk başçılıq edir. T.Rəcəbov, M.Adams, Yu Van, V.Həşimov, Qata Kamski və S.Karyagin hərəyə 2.5 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]