AZƏRBAYCAN QROSSMEYSTERLƏRİ FİDE-NİN QRAN-PRİ TURNİRİNDƏ İLK GÖRÜŞLƏRİNİ “SÜLHLƏ” BİTİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda “Hyatt Regency-Naxçıvan” hotelində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş FİDE-nin Qran-pri turnirində ilk tura yekun vurulmuşdur.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya qrossmeysteri Peter Svidlerlə görüşmüşdür. Gərgin mübarizə şəraitində keçən oyun 25-ci gedişdə heç-heçə nəticələnmişdir.
Ağ fiqurlarla oynayan həmyerlimiz Teymur Rəcəbov da turnirin startında ehtiyatlı oyun nümayiş etdirmiş, tanınmış İngiltərə şahmatçısı ilə 39-cu gedişdə “sülh” bağlamışdır.
Vüqar Həşimov isə Fransa şahmatının lideri Etyen Bakronun müqavimətini qıra bilməmiş, rəqiblər 65-ci gedişdə heç-heçəyə razılaşmışlar.
Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınmışdır:
Maqnus Karlsen (Norveç) -Yu Vanq (Çin) -0,5:0,5, Sergey Karyagin (Ukrayna) -David Navara (Çex) -0,5:0,5, Ernesto İnarkiev (Rusiya)-Qata Kamski (ABŞ) -0:1, İvan Çeparinov (Bolqarıstan) -Aleksandr Qrisuk (Rusiya) 0:1.
Bu turdan sonra yarış cədvəlinə hərəsi 1 xal toplamış rusiyalı A.Qrisuk və ABŞ nümayəndəsi Qata Kamski başçılıq edrlər.
Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən və 13 turdan ibarət yarış mayın 5-dək davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]