Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz cənab sədr!

Xanımlar və cənablar!

İlk əvvəl mən istərdim ki, vacib beynəlxalq tədbiri hazırladığına görə Marşall Fonduna minnətdarlığımı bildirim. Bu gün mən burada dostlarımla olmağıma sevinirəm. Rumıniyanın xarici işlər naziri cənab Coane. Dostum Mixail Saakaşvili ilə, lap bu yaxınlarda Gürcüstanda onunla görüşlərimiz oldu. Cənab Bryus Cekson, o, Bakıya bir neçə dəfə səfər edib, bizim çox maraqlı müzakirələrimiz olubdur. Bizim ümumi strateji seçimimizə onun töhfəsini də yüksək qiymətləndirirəm. Əlbəttə ki, ev yiyəsinin nümayəndəsi, Azərbaycanın ən yaxın münasibətləri olan, ən yaxın bağlantıları olan, bu münasibətlərin günü-gündən möhkəmləndiyi Türkiyənin nümayəndəsi cənab Davudoğlu.

Burada, Türkiyədə olmağımdan çox məmnunam. Bu konfransda iştirakımdan çox məmnunam. Azərbaycan Avratlantik strukturlara inteqrasiyasında nəzərəçarpacaq irəliləyiş əldə edibdir. 1993-cü ildə Prezidentimiz Heydər Əliyevin müəyyən etdiyi seçim indi də ölkə üçün dəyişməz olaraq qalır. Azərbaycanın strateji xətti beynəlxalq birliyə inteqrasiyadır.

Avropa və Avratlantik strukturlarına inteqrasiya xətti olan bu seçim ölkəmizin o zaman qəbul etdiyi uğurlu qərar idi. Ölkə müstəqilliyini yenicə qazanarkən onun çox ciddi problemləri vardı. Daxildə narahatlıq, toqquşmalar, Ermənistanla müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi böhran, iqtisadi tənəzzül Azərbaycanı dağılmaq ərəfəsinə çıxaran amillər idi. Azərbaycanın gələcək taleyi şübhə altında idi. Son on ildə Prezidentimiz Heydər Əliyevin apardığı siyasət ölkəmizə imkan verdi ki, bütün sahələrdə inkişaf etsin. Biz beynəlxalq birliyin mühüm iştirakçılarından olduq. Azərbaycan Avropa Şurasının üzvü oldu və həmin təşkilatda uğurla fəaliyyət göstərir. Rəsmi qəbul olunma vaxtı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Azərbaycanın Avropa Birliyi ilə çox gözəl münasibətləri var. Biz çox şadıq ki, Avropa Birliyi Cənubi Qafqaza öz xüsusi nümayəndəsini təyin etmişdir. Bu, Avropa Birliyinin bizim regiona artan marağından irəli gəlir. Artıq 10 ildir ki, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısıdır.

Bu gün biz artıq NATO ilə əməkdaşlığın ikinci mərhələsindəyik. Fərdi əməkdaşlıq planını təqdim etmişik və yalnız iki ölkə bunu etməyə nail olmuşdur - Gürcüstan və Azərbaycan. NATO-nun baş qərargahında olarkən soruşdum ki, nəyə görə Gürcüstan bu məsələdə birinci, Azərbaycan isə ikincidir? Mənə cavab verdilər ki, dostunuz Mixail Saakaşvili sizdən bir ay əvvəl NATO baş qərargahına səfər etmişdi. Ona görə də gələn dəfə yəqin ki, birlikdə gedərik.

Əslində, qonşularımızla olan münasibətlər, xüsusilə də, Gürcüstanla, Türkiyə ilə olan münasibətlər, yalnız daxili siyasət üçün deyil, regional əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb edən amillərdir. Regionun inkişafı üçün vacibdir. Regionun inkişaf istiqamətlərinin müəyyən olunması üçün əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbaycan qonşuları ilə fəal əməkdaşlıq edir. Bu gün ölkənin iqtisadi inkişafı uğurludur. Biz iqtisadi problemləri həll etməkdə qərarlıyıq. Son 7 ildə iqtisadiyyat ildə ən azı 10 faiz artımla irəliləyir. Yeri gəlmişkən, son 7 il müddətində ümumi daxili məhsulun həcmi 90 faiz artmışdır. Təkcə keçmiş SSRİ respublikaları arasında deyil, Şərqi Avropa ölkələri də daxil olmaqla, Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə aparıcı mövqedədir. Azərbaycan əla sərmayə mühiti yaradıbdır. Sərmayəçilər özlərini və sərmayələrini burada tamamilə müdafiə olunmuş hesab edirlər. Bu da bizim ölkəyə milyardlarla dollar vəsait yatırılmasının əsas səbəbləridir. Həmin vəsait təkcə neft və qaz sektoruna deyil, iqtisadiyyatımızın digər sahələrinə də yatırılmışdır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik davamlı və uğurlu iqtisadi inkişafın əsas amilidir.

Qonşularımız və dostlarımızla - Türkiyə və Gürcüstanla dünyanın ən iri enerji layihələrini həyata keçiririk. Bu, təkcə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri deyildir. Həm də bizim nəhəng neft və qaz yataqlarının işlənilməsi layihələridir. Biz artıq lazımi proqnozları aparmışıq. Azərbaycanın neftdən nə qədər fayda götürəcəyini bilirik. Bunun nəzərə alınması ilə bir neçə il əvvəl Neft Fondu yaratmışıq. Bu struktur, tam şəffaflığı ilə seçilir. Beynəlxalq auditorlar ona nəzarət edir. Neft Fondu Beynəlxalq Valyuta Fondunun tövsiyə və məsləhətləri ilə idarə olunur. Azərbaycan Britaniya Baş nazirinin hasilat sənayelərində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən olmuşdur. Ölkədə neft və qaz gəlirlərinin tam şəffaflığına nail olmaq üçün lazımi tədbirlər həyata keçirilir. Bir sözlə, ölkəmizin qarşısında çox problem görmürük. Regional əməkdaşlığı artırmaq lazımdır. Əminəm ki, enerji və nəqliyyat layihələri başa çatdırıldıqdan sonra dünyanın özü də daha təhlükəsiz olacaqdır. Regionda da təhlükəsizlik artacaq, əməkdaşlıq genişlənəcəkdir.

Regiona isə təhlükəsizlik lazımdır. Təəssüf ki, Cənubi Qafqazda baş verən proseslər, xüsusilə də, təcavüzkar separatçılıq, ölkələrimizdə - Gürcüstan və Azərbaycanda baş verən hadisələr bütün regional əməkdaşlığı və təhlükəsizliyin özünü təhlükə altına alır. Azərbaycan separatçılıqdan əziyyət çəkmiş ölkədir. Azərbaycan erməni işğalından əziyyət çəkmiş ölkədir. Bu təcavüzün nəticəsi kimi, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib, 1 milyon qaçqın-köçkünümüz var.

Bu, dünyada ölkənin əhalisinin sayına nisbətdə qaçqın-köçkünlərin ən yüksək göstəricisidir. 8 milyon əhalinin 1 milyonu qaçqınlar və məcburi köçkünlərdir.

Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələlərə kifayət qədər diqqət yetirmir. Təcavüzkar separatçılıq, beynəlxalq hüquq normalarının pozulması, ərazi bütövlüyünün pozulması beynəlxalq ictimaiyyət tərəfindən pislənməli, lənətlənməli hərəkətlərdir. Həm də bunları yalnız pisləməklə kifayətlənmək olmaz. Sanksiyalar tətbiq olunmalı, təcavüzə son qoymaq üçün praktiki addımlar atılmalıdır.

Bu gün Cənubi Qafqazda, bizdə, qanunsuz ərazilər mövcuddur. Dağlıq Qarabağ onlardan biridir. Gürcüstan ərazisində də qanunsuz ərazilər mövcuddur. Burada beynəlxalq nəzarət, beynəlxalq monitorinq yoxdur və həmin zonalarda qanunun aliliyi qorunmur. Bu cür təhlükə ilə yanaşı necə yaşamalı? Nəzarətsiz ərazilərin törədə biləcəyi təhlükə potensialı hamıya məlumdur. Bu, bütün kriminal elementlər üçün rahat ərazidir və beynəlxalq ictimaiyyətin terrora qarşı mübarizədə birləşdiyi bir şəraitdə, düşünürəm ki, bu qanunsuz ərazilərə də diqqət artırılmalıdır. Çünki bu ərazilərdə terrorizmin çox böyük dayaqları ola bilər. Azərbaycan ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacaq, biz bu əraziləri geri alacağıq. Biz bunu sülh yolu ilə etmək istəyirik, amma təəssüf ki, sülh yolu ilə ciddi uğur əldə etməmişik.

Bu gün Azərbaycandakı iqtisadi vəziyyət Ermənistanın iqtisadi vəziyyəti ilə müqayisə oluna bilməz. Bizim iqtisadiyyatın bugünkü gücü Ermənistanınkından 3-4 dəfə böyükdür. Bir neçə ilə fərq 10 dəfəyə çatacaqdır. Əlbəttə ki, bütün imkanların, ehtiyatların istifadə olunması ilə biz sonda ərazimizi azad edəcəyik. Biz digər ərazilərə can atmırıq. Amma Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycanın torpaqlarıdır. Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycana qaytarılmalıdır.

Mən əminəm ki, məsələ ilə birbaşa məşğul olan beynəlxalq təşkilatlar bunu həll etməkdən ötrü səylərini ikiqat gücləndirəcəklər. Biz istərdik ki, yalnız ATƏT deyil, Avropa Birliyi, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da məsələnin həllində fəal rol oynasınlar. Əlbəttə ki, ATƏT-in Minsk qrupunun məsələni həll etmək üçün mandatı vardır və biz bu mandata hörmətlə yanaşırıq. Amma düşünürəm ki, daha geniş beynəlxalq ictimaiyyətin bu yönümdə fəal rol oynamasının vaxtı çatmışdır.

Əminəm ki, Azərbaycanı gözəl gələcək gözləyir. Qeyd etdiyim kimi, regional əməkdaşlıq çox yaxşı səviyyədədir. Bütün qonşularla çox yaxşı münasibətlərimiz var. İqtisadi artım üçün gözəl iqtisadi potensial var. Biz sosial problemlərimizi həll edirik. Yalnız bizə deyil, bütün regiona, bütün dünyaya lazım olan ancaq sülhdür. Azərbaycan bütün dünyada sülhün bərqərar olmasına öz töhfəsini vermişdir. Biz regiona sülh gətirilməsi yolunda səylərimizi əsirgəməmişik və bu siyasətimiz dəyişməz qalacaqdır. Mən sizi əmin etmək istəyirəm ki, həyata keçirdiyimiz siyasət, xüsusilə də Avropa strukturlarına, Avratlantik qurumlarına inteqrasiya siyasətimiz davam edəcəkdir. Ölkəmiz ümumavropa işinə öz töhfəsini verməkdə davam edəcəkdir. Çox sağ olun.

X X X

BRYUS CEKSON: Sağ olun, cənab Prezident. Gördüyünüz kimi, qarşınızda nəzəriyyə də var, nəzəriyyəni həyata keçirən lider də. Sonuncu natiqimiz yekun sözü ilə buyursun.

TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜŞAVİRİ ƏHMƏD DAVUDOĞLUNUN ÇIXIŞI

- Cənab sədr!

Zati-aliləri!

Hörmətli qonaqlar!

Bu Avropa şəhərinə bir daha xoş gəlmisiniz. Bu Asiya şəhərinə xoş gəlmisiniz. Bu Qara dəniz şəhərinə, Mərmərə dənizi şəhərinə, Aralıq dənizi və Egey dənizi şəhərinə xoş gəlmisiniz. Qərb və Şərq şəhərinə xoş gəlmisiniz. Bu, qloballaşmanın şəhəridir. Mənim işim hamınızdan çətindir. Çünki gərək yekunlaşdırım. Sədrin tövsiyəsi belə olmuşdur. Üstəlik, öz əlavəmi də etməliyəm. Avratlantik qurumunun Qara dəniz regionu barədə strategiyasını necə müəyyən etməklə bağlı mülahizələrimi də sizə çatdırmalıyam. Amma sədrin təqdimatları, xarici işlər nazirinin və prezidentlərin çıxışları o qədər gözəl oldu ki, mənim işimi asanlaşdırdı. Xarici işlər naziri cənab Coane regionu gözəl təsvir etdi. Albaniyadan başlayaraq, Cənubi Qafqazadək çox gözəl təsviri təhlil verdi. Cənab Saakaşvili ilə cənab Əliyevin təqdimatları region üçün vacib ölkələrdə nəzəriyyənin praktikada tətbiqinə dair konkret addımların göstəricisi idi. Bu iki təqdimatı eşitdikdən sonra mən özümü iki səviyyədə təhlillər aparmağa hazırladım. Birinci, Qara dəniz regionu üzrə təhlil, digəri isə, ayrı-ayrı ölkələr üzrə təhlillər. Çünki regional və fərdi səviyyədə davamlı təhlillərin olması vacibdir. Qara dəniz zonasına nəzər salmaqla bir daha deyirəm ki, cənab nazir çox gözəl tarixi və coğrafi giriş sözü ilə çıxış etdi.

İlk əvvəl müəyyən edək ki, Qara dəniz nə deməkdir? Sahilyanı ölkələr var. Rusiya, Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan. Amma daha sonra regiona birbaşa bağlı ölkələr gəlir. Çıxışlara qulaq asdıqca düşünməyə əsas var ki, Albaniyadan Azərbaycana, oradan da Belarusa qədər böyük bir ərazi əhatə olunur. Beləliklə, Qara dəniz regionu Xəzərdən Baltik dənizinə, Baltik dənizindən isə Adriatik dənizinə kimi üçbucaq ərazini əhatə edir. Bu ərazidəki ölkələr qarşılıqlı surətdə bir-birindən asılıdırlar. Qara dəniz hövzəsində yerləşən ölkələrin birində gedən prosesləri digərində gedən proseslərdən ayırmaq mümkün deyildir. Əgər belədirsə, qarşınızda bu ərazinin coğrafiyası və imici dilemması durur. Bir tərəfdən, siyasi cəhətdən burada çox kövrək zonalar vardır - Balkan, Qafqaz. Digər tərəfdən isə coğrafi ərazi bir-biri ilə sıx əlaqədədir. Enerji daşıyıcılarının nəqli coğrafi ərazinin hamısını əhatə edir. Prezident Əliyev öz çıxışında vurğuladı ki, eyni zamanda, burada coğrafi-mədəni aspekt də öz sözünü deyir. Oxşar etnik qruplar, oxşar dillərlə yanaşı, müxtəlif millətlər, mixtəlif dillərdə danışan xalqlar bu ərazidə yaşayır. Ona görə də bu ərazilərdə dövlət quruculuğu prosesi çətinləşir. Cənab Saakaşvili Gürcüstanın birləşdirilməsi ilə bağlı çətinliklərdən danışarkən bunu qeyd etdi. Beləliklə, qarşımızdakı ərazi bu cür çətin bir ərazidir. Coğrafiya və imic məsələsi qarşımızdadır. Xəritəyə baxarkən, Qara dənizlə Türkiyə arasında maraqlı bir təzad alınır. Elə bil Qara dəniz Avropanın ortasındadır. Amma hər hansı fransız və yaxud da britaniyalının təbirincə, Qara dəniz Avropanın qurtaracağındadır. Çinli üçün, Uzaq Şərqdə yaşayan asiyalılar üçün Qara dəniz Asiyanın qurtaracağındadır. Yenidən xəritəyə baxsaq, Türkiyə yolayırıcının mərkəzində yerləşir. Amma yenə də Qərbdən baxanda, Türkiyə haradasa ucqarlarda, Şərqdə görsənir, Şərqdən nəzər salsaq, yenə də ucqarlarda, Qərbdə qəbul olunur. Bunun bizim üçün mənfi, yoxsa üstün cəhətləri çoxdur?

Həm Qara dəniz, həm də Türkiyə üçün üstün cəhətdir. Əgər sənə verilən xarakteristika bu qədər fərqlidirsə, bu,o deməkdir ki, regionda çox mühüm bir rol oynayırsan. Ona görə də gəlin görək, tarixdə olduğu kimi, indi də Qara dəniz mühüm rol oynaya bilərmi? Məsələn, “soyuq müharibə” dövründə Qara dəniz tərəfləri qəti şəkildə, radikal şəkildə ayırırdı. Amma cənab nazirin dediyi kimi, Yunan-Roma tarixindən Osmanlı tarixinədək Qara dəniz vahid iqtisadi zona olmuşdur. Burada yaşayan xalqlar bir-birindən asılı olmuşlar.

İndi hansı strategiyanı qəbul etmək lazımdır ki, regionda olan problemlər həll olunsun və ümumbəşəri sülhə töhfə versin? Üç əsas qruplaşma aparaq. Türkiyə, Bolqarıstan və Rumıniya NATO-nun üzvləridir. Gürcüstan, Azərbaycan və Ermənistan təxminən eyni xarakteristikaya malik olan ölkələrdir. Rusiya, Ukrayna, Belarus, Moldova başqa cür xarakterizə olunan ölkələrdir. Amma ümumi strategiya işlənəcəyi halda, bütün bu müxtəlif elementlər həmin strategiyaya daxil olmalıdır və heç bir ölkəni bu strategiyadan kənarda saxlamaq olmaz. Təəssüf olsun ki, “üzvlük fəaliyyət planı”nda da bu problem qalmaqdadır. Vahid qərar işlənilməlidir. Abxaziya problemi, Balkanlarda Kosovo problemi. De-fakto adlanan bu şərait nə zamana qədər davam edəcəkdir? Bunun həlli yollarını çalışıb tapmalıyıq. Bu, ümumilikdə Qara dəniz regionuna aid olan suallardır. Bundan əlavə, hər ölkə ilə bağlı inkişaf planı hazırlanmalı, demokratikləşmə prosesi önə çəkilməlidir. Bu gün səhər daha geniş Yaxın Şərqlə bağlı gözəl müzakirə keçirdik...

X X X

BRYUS CEKSON: Natiqlərin çıxışından sonra bizim sual-cavab üçün təxminən 22-23 dəqiqəmiz var. Sual verərkən özünüzü təqdim edin. Buyurun.

SUAL (Stənford Universitetindən Mayk Makfol): Sualım Prezident Əliyevədir. Mən Stənford Universitetində demokratikləşmədən dərs deyirəm. Tələbələrimə izah etməyə çalışıram ki, demokratiyaya keçid səhv ifadədir. Demokratiya bütün ölkələrdə daim tərəqqi edən iş tələb edir. Mən özüm Amerika haqqında danışmağa başlasam, bir neçə mövzunun adını çəkərdim ki, onların düzəlməsi ilə Amerikada demokratiyanın səviyyəsi artar. Bəlkə, Siz ölkənizə aidiyyatı olan bu məsələlərin adını çəkərdiniz?

İLHAM ƏLİYEV: Hər bir cəmiyyətin demokratikləşməsi prosesdir. Sonu olmayan proses. Hər bir ölkə müəyyən şəraitdə yaşayır. Bəzən həmin şərait və mühit ölkənin istəkləri və strategiyasından asılı olmur. Azərbaycan və eləcə də keçmiş SSRİ-nin digər respublikaları 70 il tamam başqa sistemdə yaşamışlar. Siz həmin sistem haqqında universitetdə təhsil zamanı məlumat almısınız. Amma onu şəxsi həyatınızda hiss etməmisiniz. Onu hiss etməkdən ötrü gərək sistemin içərisində yaşayasan. Biz Mixail və mənim özüm bu sistemdə yaşamışıq. Xoşbəxtlikdən, həmin sistem dağılarkən biz kifayət qədər gənc idik. Biz sistemin dağılması ilə yaranan azadlıqdan və müstəqillikdən yaşlı nəsildən daha çox bəhrələnə bildik Bu gün Azərbaycanın nailiyyətlərindən biri, müstəqillikdən sonrakı bütün çətinliklərə, ərazimizin işğal olunmasına baxmayaraq, daxili çətinliklərə, vətəndaş müharibəsinə və digər təhlükəli proseslərə baxmayaraq, ölkənin həqiqi müstəqilliyini qoruyub saxlaya bilməsidir. Ərazimizdə xarici qoşunlar yoxdur. Siyasətimizi digər qurumların və strukturların maraqlarına uyğun yox, tamamilə milli maraqlarımıza uyğun aparırıq.

Əlbəttə ki, bölgəmizdə demokratikləşmə prosesi davam etməkdədir. Azərbaycanı 10 il əvvəlki şəraiti ilə müqayisə etsəniz, görərsiniz ki, o vaxt ölkə demokratik cəmiyyətin standartları və normalarından çox uzaqda idi. Bu gün məndən soruşsanız ki, Azərbaycan bütün meyarlara cavab verir, yoxsa yox, əlbəttə, Azərbaycan azad dünyanın bir əsrdən çox yaşadığı standartlara cavab vermir. Keçmiş SSRİ respublikalarından Avropa Birliyində olan demokratiya səviyyəsini gözləmək hələ çox tezdir. Amma bu istiqamətdə siyasət aparılır. Strategiya, strateji seçim müəyyən olunubdur. 1993-cü ildən ölkəmiz beynəlxalq birliyə çox uğurla inteqrasiya edir. Demokratikləşmə prosesi də uğurla aparılır.

SUAL: Mən Estoniyadanam. Sualım cənab Saakaşviliyədir. Rusiyanın Gürcüstandakı inqilabda rolu və maraqları nədən ibarət idi?

MİXAİL SAAKAŞVİLİ: Düşünürəm ki, Rusiya ilə Gürcüstan arasında olan münasibətlər çox pis, çox gərgin idi. Münasibətləri bundan da pis təsəvvür etmək mümkün deyildi. Son 10 il müddətində Rusiya Gürcüstanın daxilində 2 müharibədə iştirak etdi və yaxşı tərəfdən iştirak etmədi. “Qızılgül inqilabı”na ilk reaksiya çox mənfi idi. Ruslar dedilər ki, bu, MDB ölkələri üçün Latın Amerikası təcrübəsindən istifadə olunmasıdır. MDB-nin lideri kimi Rusiya özü də digər MDB liderləri tərəfindən təsir altında idi. Çünki həmin liderlər belə bir inqilabı özləri üçün də təhlükə hesab edirdilər. Amma bir neçə aydır ki, Rusiya ilə intensiv və yaxşı dialoq yaranmışdır. Müəyyən tədbirlər həyata keçirilmişdir. Siyasətimiz daha praqmatik şəkildə qurulubdur. Rusiyanın regionla bağlı qanuni narahatlıqları vardır. Məsələn, sərhədlərinin təhlükəsizliyi, ərazisinə bu sərhədlər vasitəsilə yaraqlıların soxula bilməsi ehtimalı. Rusiyanın regionda həm də iqtisadi maraqları mövcuddur. Amma sərmayələrin, iqtisadi fəaliyyətin olduğu bir şəraitdə praqmatik siyasətə üstünlük verilməlidir. Daha rasional siyasət aparmaq lazımdır. Rusiyanın motivləri haqqında sizə deyim ki, Rusiya siyasətinin əsasında qeyri-rasionallıq dururdu.

SUAL: Karen Qazaryan, Ermənistan Xarici İşlər Nazirliyi. Natiqlərə gözəl çıxışlarına görə minnətdaram. Cənab Əliyev, çıxışınızda Dağlıq Qarabağı nəzarətsiz və qanunsuz ərazi adlandırdınız. Amma Sizə xatırladım ki, Dağlıq Qarabağ öz qurumlarını yaratmışdır. Təsisatları işləyir və regionda sülh və təhlükəsizliyə töhfə verməyə hazırdır. Keçən ay Dağlıq Qarabağda atəşkəsin on illiyi qeyd olundu. Tərəflər özləri buna nəzarət edirlər. Bu, dünyada ən uzun sürən atəşkəsdir, məqsəd də atəşkəsin sülhə transformasiyasından ibarətdir. Mənim sualım belədir: Sizin hökumətiniz nəyə görə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır? Sizin rəsmilər Bakıda bununla bağlı bir sıra bəyanatlar veriblər.

. Biz beynəlxalq birliyin üzvü olmaqdan bəhrələnməyi bacardıq. Biz artıq kiçik qardaş, digər millətlərdən asılı millət deyildik. Siyasətini tamamilə müstəqil müəyyən edən millət idik.

İLHAM ƏLİYEV: Mən də xronologiyaya riayət edərək, əvvəlcə sizin şərhinizə münasibətimi bildirim, sonra isə sualınıza cavab verim. Dağlıq Qarabağ dünyada heç kimin tanımadığı bir qurumdur. Bu, tanınmayan, qanunsuz, özü-özünü müstəqil elan etmiş dırnaqarası qurumdur. Dağlıq Qarabağ region üçün ciddi təhlükə mənbəyidir. Səbəblərini mən sadalamışam. Beynəlxalq monitorinq keçirilmir. Narkotik daşınması ehtimalı böyükdür. Bununla bağlı sübut da vardır. Terrorist düşərgələri mövcuddur. Terrorçuların burada himayə olunması məlumdur. Çünki terrorçular harada gizlənməlidirlər? Əlbəttə ki, nəzarətsiz zonalarda. Dağlıq Qarabağ bu ərazilərdən biridir və əlbəttə ki, yalnız Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir.

Vasitəçilərin missiyasının qənaətbəxş olmamasının səbəbi sadədir. Onlar nəticə əldə edə bilməyiblər. Azərbaycanın ərazi bütövlüyü pozulub. Ermənistan, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. Dağlıq Qarabağın inzibati ərazisindən əlavə, Azərbaycanın digər 7 rayonu da işğal altındadır. Sizə məlum olduğu kimi bu 7 rayonda heç vaxt ermənilər yaşamayıbdır. Bu 7 rayonda 700 min azərbaycanlı yaşayırdı ki, onlar da ölkə daxilində köçkünə çevriliblər. Üstəgəl, Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı da etnik təmizləmə nəticəsində oradan çıxarılmışdır. Üstəgəl, hansılar ki, Dağlıq Qarabağın öz ərazisində yaşayan 50 minədək azərbaycanlı da etnik təmizləmə nəticəsində hazırda çadır şəhərciklərində, şəraiti olmayan vəziyyətdə yaşayır. Ermənistanın Azərbaycana qarşı müharibəsinin nəticəsi budur. Uzun illərdir ki, Ermənistan təbliğatı həqiqəti gizlədir. Erməni təbliğatı ona yönəlib ki, səbəb unudulsun və problem həll olunsun. Bu, alınmayacaq. Bütün dünya bilməlidir və artıq hamı bilir ki, Azərbaycanda nə baş verir. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Beynəlxalq hüquq normaları kəskin şəkildə pozulubdur. Biz XXI əsrdə yaşayırıq. Ermənistan və Azərbaycan beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvləridir. Beynəlxalq birlik bir ölkənin digər ölkənin ərazisini işğal etməsi və işğal olunmuş əraziləri tərk etməməsi faktı ilə razılaşmamalıdır. Bratislavadakı sammiti xatırlayıram. Orada Ermənistanın xarici işlər naziri iştirak edirdi və o dedi ki, Ermənistan özünə məxsus olmayan torpaqları özündə saxlayır. Bu, həqiqətən belədir. Erməni rəsmilərinin ən ciddi və ən doğru bəyanatlarından biri idi. Əgər özünə məxsus olmayan nəyisə özündə saxlayırsansa, onu geri qaytarmalısan. Bu da münaqişənin həll olunmasının yeganə yoludur.

BRYUS CEKSON: Hamımız razılaşarıq ki, dondurulmuş münaqişələr regionun sabitliyi üçün təhlükədir. Hər iki prezident qeyd etdi ki, sonrakı strategiyanın müəyyən olunmasında münaqişələrin həllinin böyük əhəmiyyəti var.

SUAL: Bilkənd Universitetindən Sezer Dilbazoğlu, beynəlxalq münasibətlər üzrə professor. Gözəl, aydın və məlumatlı çıxışlara görə sizə minnətdaram. Qara dəniz regionunun NATO-nun strateji maraq dairəsinə daxil edilməsi ilə bağlı Rusiyadan nə gözləyirsiniz? Çünki biz hələ 1990-cı illərdə elmi tədqiqat aparmışıq və o zaman Rusiya bərk narahat idi ki, Qara dəniz, bir növ, “NATO gölünə” çevrilə bilər. NATO-nun Cənubi Qafqaz ölkələrinə - Gürcüstana və Azərbaycana təsiri də Rusiyanı narahat edirdi.

Ermənistan bir qədər başqa vəziyyətdədir. Bu gün Rusiyadan nə gözləyirsiniz?

İkinci sualım isə regional münaqişələrlə bağlıdır. Münaqişələr davam edir və onları necə həll etmək fikrindəsiniz? İndiyə qədər beynəlxalq ictimaiyyətin fəaliyyəti səmərəli olmayıbdır. Rusiya çoxtərəfli sülhməramlıların regionda olmasına razılıq verərdimi? Sonda şərhim də var ki, təəssüflər olsun, Qərb Qara dəniz regionunun önəmini dərk etməkdə çox gec oyanıbdır.

MİXAİL SAAKAŞVİLİ: İlk əvvəl Türkiyənin oynadığı rolu qeyd edim. Türkiyə heç zaman regiondakı münaqişələrdən bəhrələnməyə çalışmayıbdır. Əksinə, çalışıb ki, münaqişələrin həll olunmasında rol oynasın. Məsələn, Acarıstandakı vəziyyət türklər üçün çox həssas bir məsələdir. Acarıstandakı separatçılar həmişə deyirdilər ki, Qars razılığı var və ona əsasən, əgər Gürcüstan hökuməti bizə qarşı qüvvə tətbiq edərsə, türklər əraziyə daxil olacaqlar. Türklər çox birmənalı və aydın dedilər ki, bu, Gürcüstanın daxili problemidir və biz Gürcüstanın ərazi bütövlüyünü istəyirik, Gürcüstana sülh, sabitlik arzu edirik və məsələ Gürcüstanın paytaxtında həll olunmalıdır. Bu, bizə çox yardım etdi. Beləliklə, Türkiyə ədalətli hərəkət edərək, əvvəllərdə bəzi digər ölkələrin etdiyi kimi, daxili gərginlikdən öz xeyrinə necə istifadə etmək yollarını axtarmırdı. Sualın Rusiya ilə bağlı hissəsinə gəldikdə isə, biz, əlbəttə, istəyirik ki, Avratlantik təsisatlara inteqrasiya edək. Amma Rusiyanı da kənarda qoymaq istəmirik. İstəyirik ki, bu inteqrasiya paralel olsun. Rusiyanın özü də demokratikləşmə prosesinə keçməlidir. Mən buraya gəlməzdən əvvəl cənab Putinlə konkret məsələləri müzakirə etmişəm. Ondan soruşmuşam ki, iştirakçılara konkret bir mesajı var, yoxsa yox? Bilirəm ki, o, dəvəti qəbul etməyibdir. O dedi yox, hamıya salam söylə. Məmnuniyyətlə onun salamını sizə yetirirəm və əlbəttə ki, Rusiya siyasətini müəyyən etməlidir. Bu, Rusiyanın daxili siyasəti üçün çox çətin bir qərardır və Rusiyaya istehza ilə yanaşmaq çox təhlükəlidir. Lakin Rusiyaya anlatmaq da gərəkdir ki, müstəqil ölkələrlə münasibətlər qurur. Onların öz maraqları, daxili siyasətləri, demokratiyaları, əhalisi, öz gələcəkləri var və Rusiya bu fikrə alışmalıdır. Bu, ağıllı bir prosesdir. Burada anlaşma, əməkdaşlıq olmalıdır. Yeni inteqrasiya növləri tapılmalıdır. Elə bilirəm ki, bir sıra məsələlər üzrə Qərb də Rusiya ilə inteqrasiyaya maraqlıdır. Elə bilirəm ki, Türkiyə Rusiya ilə münasibətlərlə Qərblə əməkdaşlıq arasında gözəl tarazlıq yarada bilmişdir. Bu modeldən biz də istifadə edə bilərik və çoxmillətli sülhməramlıların istifadə olunmasında maraqlıyıq. Biz uzun müddətdir ki, xahiş edirik, amma indiyədək Qərb ölkələri bu məsələdə kifayət qədər təsir göstərə bilməmişdir. Rusiya isə özü hər şeyi öhdəsindən gələ biləcəyini düşünmüşdür. Amma artıq belə deyildir. Məsələn, bizə məlumdur ki, qaçaqmalçılıqda Gürcüstan ərazisində xidmət edən rus generallarının əli vardı. Yerli polisi cəlb etdik. Rus generalı dedi ki, sizə 6 saat vaxt veririk, ya yerli polis postunu yığışdırın, ya da o postu əzib keçəcəyik. Onda biz də iki hərbi vertolyotla əraziyə hərbçilərimizi göndərdik və dedik ki, əzə bilirsənsə, əz, biz artıq sizin fikirləşdiyiniz balaca uşaqlardan deyilik. Onda Kremlin reaksiyası belə oldu ki, general heç bir qərar qəbul etməsin və tabe olsun. Beləliklə, hər şey dəyişir və heç kim üçün əvvəlki oyunun qaydaları ilə oynamaq asan başa gəlmir. Bizə ciddi siyasi qərarlar qəbul etmək və yeni oyunun qaydalarını öyrənmək lazımdır.

SUAL: Kiyevdə Avropa və Beynəlxalq Tədris Mərkəzinin direktoru. İki sualım var: birinci sualım prezidentlərədir. Nəyə görə çıxışlarınızda GUÖAM haqqında heç bir söz demədiniz? İkinci sualım isə cənab Saakaşviliyə və nazir Coanneyədir. Qarşıdakı 5-10 il müddətində yeni qonşuluq siyasətində və Qara dəniz regionunda Ukraynanın oynayacağı rolu necə görürsünüz?

BRYUS CEKSON: Qalan sualları da eşidək, sonra cavablandırarıq.

SUAL: Birinci sualım Prezident Saakaşviliyə və Prezident Əliyevədir. Belə bir fikir aşılanıbdır ki, Gürcüstan və Azərbaycan təhlükəsizliyin əsas istehlakçıları olacaqlar. Hazırda isə Gürcüstan və Azərbaycana daha çox təhlükəsizliyi təmin edən tərəf kimi baxırlar. Bununla bağlı fikriniz? Ölkələrinizin NATO üzvü olması həmin təhlükəsizliyə töhfə verəcəkmi?

İkinci sualım Moldova ilə bağlıdır. Qara dəniz hövzəsi ölkəsi, Cənub-Şərqi Avropa ölkəsi 10 ildir ki, münaqişədən əziyyət çəkir. Məlumdur ki, Moldovanın kommunist prezidenti Moldovadakı Avropa meylli sivilizasiyalı cəmiyyətin arzusunu ifadə etmir və Dnestryanı münaqişədə də demokratiya və təhlükəsizlik prinsipləri əsasında həll variantına üstünlük verilir. Tələskənliyə yol verilir. Bu da ki, gələcəkdə Cənubi Qafqazdakı münaqişələrin həll olunmasına pis nümunə yaradır. Nə etmək lazımdır ki, bu tələskənliyə yol verilməsin?

SUAL: Sofiya, Regional və Beynəlxalq Araşdırmalar İnstitutu. Sualım professor Davudoğlunadır. 10 ildən artıqdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərir. Amma əldə etdiyi nailiyyətlər də çox deyildir. Təşkilatın daha səmərəli işləməsi üçün imkan görürsünüzmü?

SUAL: Boris Tarasyuk, Ukraynadan. Çıxışların hamısı tərifəlayiqdir. İkincisi, kaş ki, yeni müstəqillik qazanmış ölkələrin prezidentləri hamısı bu gün çıxış edən prezidentlər kimi ingiliscə sərbəst danışaydılar. GUÖAM-la bağlı sualım var və bu, hər iki prezidentədir. GUÖAM-ın gələcəyini görürsünüzmü? Yaxın gələcəkdə hansı addımlar atılmalıdır? Növbəti sualım cənab Əliyevədir. Xəzər neftindən ötrü Odessa-Brodı kəmərinə alternativ görürsünüzmü?

ƏHMƏD DAVUDOĞLU: Rusiyanın rolu və Qara dəniz iqtisadi zonası ilə bağlı şərh verim. Elə bilirəm ki, Qara dəniz iqtisadi zonasına və ümumiyyətlə, Qara dəniz regionuna yeni yanaşmanın əsasında Rusiyanın rolu duracaqdır. Çünki Avropa Birliyi və NATO təsisat kimi fəaliyyət göstərirlər və Qara dəniz bölgəsində də Rusiya kimi vacib tərəf var. Rusiyanın Qafqazdakı təsirini müzakirə etmək istəmirəm. Amma Avratlantik qurumu Qara dəniz siyasətində uğur qazanmaq istəyirsə, Rusiya ilə münasibətləri tənzimləməlidir. NATO-Rusiya Şurası fəaliyyət göstərir. Amma, eyni zamanda, strateji çərçivə də yoxdur. 20 il əvvəl Türkiyə Qara dənizdə yeganə NATO ölkəsi idi, bütün digərləri Varşava Müqaviləsinə daxil olan ölkələr idi. Ona görə də, indi elə etməyək ki, bütün digər ölkələr NATO üzvü olsunlar, Rusiya isə təcrid edilsin. Rusiya bu prosesə cəlb olunmalıdır, kənarda qalmamalıdır.

Ona görə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Qara Dəniz İqtisadi Forumunun işini canlandırmaq lazımdır. Çünki Qara dənizdə həm iqtisadi əməkdaşlıqda, həm də təhlükəsizlik sahəsində əməkdaşlıqda Rusiya prosesin bir hissəsidir. Avratlantika qurumu yeni mexanizmlər, yeni strategiyalar işləməlidir ki, bunların vasitəsilə Rusiya prosesin bir hissəsi olsun. Doğrudur, deyə bilmərik ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı uğurlu qurumdur. Amma iki aspekt vardır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işini çox vacib edir. Çünki nəqliyyat, kommunikasiya, yeni tənzimləmələr və sair məsələlərdə birgə iş görmək zərurəti vardır. Digər aspekt isə təsisat aspektidir. Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyası vardır. Bildiyiniz kimi, ölkələrin qarşısında demokratikləşmə məsələsi durur. Ölkələrin parlamentləri də bu təşkilatın çərçivəsində görüşüb fikir mübadiləsi aparırlar və bundan gələcəkdə cəmiyyətlərin transformasiyası üçün mühüm vasitə kimi istifadə oluna bilər. Amma Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının son illərdəki fəaliyyətinə bir daha nəzər yetirməliyik, onu yenidən qiymətləndirməliyik. Gələcəkdə Qara dənizlə bağlı yeni strategiyamız vardırsa, onu yenidən təşkil etməliyik. Beləliklə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ümumi işə xidmət edə bilər. Eləcə də Qara Dəniz İqtisadi Forumu.

İLHAM ƏLİYEV: GUÖAM-ın adı ona görə çəkilmədi ki, GUÖAM-ı təmsil edən yalnız iki prezident buradadır və biz azlıq təşkil edirik. Əlbəttə, istərdik ki, GUÖAM daha fəal olsun. GUÖAM-ın Parlamentlərarası Assambleyası yaradılacaqdır. Təşkilat çərçivəsində həyata keçiriləsi konkret layihələr varsa, bu GUÖAM-ın işinə daha çox dinamizm gətirər. O fikirlə tamamilə razıyam ki, Gürcüstan və Azərbaycan regionda artıq təhlükəsizliyi təmin etməyə başlayıblar. Bizim enerji layihələrimizin, əlbəttə ki, böyük iqtisadi mənası var. Amma regiona təhlükəsizlik gətirməyə də xidmət edəcəkdir. Xəzər dənizindən alternativ marşrutlara gəldikdə isə, bütün mümkün variantları nəzərdən keçirmişik. Məqsədimiz gündə 1 milyon barrel neft hasil etməkdir. Bu həcmi də ki, Bakı-Tbilisi-Ceyhan kəməri daşıyacaqdır. Amma, əlbəttə, əlavə neft olacaqdır ki, gələcəkdə digər marşrutlardan da istifadə etmək olar.

Bilkənd Universitetindən olan xanımın davam edən münaqişə ilə bağlı sualı. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bu müzakirələrdə Ermənistanın nümayəndəsi yoxdur. Olsaydı, bəlkə də, belə deyərdi: Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin etmək istəyirlər. Cavab verim ki, erməni xalqı artıq Ermənistan dövləti çərçivəsində öz müqəddəratını təyin edibdir. Bir çox ölkələrdə erməni azlıqları yaşayır və bu da o demək deyil ki, yaşadıqları ərazilərdə müstəqil dövlət yaratsınlar.

MİXAİL SAAKAŞVİLİ: Ukraynanın rolu barədə. Ukraynanın Avropada həm rolu, həm də çəkisi artmaqdadır. Ukraynanın təbii sərvətləri azdır. Amma, onun digər sərvətləri var. Möhkəm işləmək qabiliyyəti olan əhalisi var, iqtisadiyyatı çox dinamikdir, hərbi qüvvəsi nəzərəçarpandır. Mən elə bilirəm ki, gələcəkdə Ukrayna, Polşa kimi, Avropa üçün mühüm rol oynayacaqdır.

Düşünürəm ki, Qara Dəniz kontekstində də mühüm rol oynaya bilər.

Hesab edirəm ki, GUÖAM-ın və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətini əlaqələndirməliyik. Onların işinə yeni elementlər əlavə olunmalıdır və Avropa Birliyinə inteqrasiya üçün onların fəaliyyətində müəyyən əlaqələndirməyə nail olmaq lazımdır. Bununla, bizim kimi, Avropa Birliyi da maraqlanmalıdır. Bu halda regional əməkdaşlığın böyük perspektivi ola bilər.

MİRÇA COANE: Həm yaxşı xəbər, həm də pis xəbər. Yaxşı xəbər odur ki, başladığımız Qara dəniz təşəbbüsü dayanmaz bir prosesdir. Onu saxlamaq mümkün deyildir. Pis xəbər isə odur ki, bu dəfə NATO-nun genişləndirilməsinin birinci və ikinci raundundan daha çətin olacaqdır. Amma bizim mənəvi strateji və siyasi məsuliyyətimiz və borcumuz var. Bunu həyata keçirməliyik. Bu təşəbbüsü dostlarımızla başlamışıq. Dostlarımızın hamısının adını çəkmək mümkün olmadı. Onların adları bu kitabçada çəkilibdir, hamısına minnətdarlığımı bildirirəm. Daha geniş Qara dəniz regionu haqqında danışarkən, söhbət ikitərəfli yoldan gedir. Bu, Avropanın birləşməsinin növbəti addımıdır və bundan sonra gələn, lakin hələ tamamlanmayan məsələ də Rusiyanın cəlb olunmasıdır və Qərblə inteqrasiyasıdır. Rusiya bu məsələyə cəlb olunmayana qədər, Rusiya Qərbə inteqrasiyada bizimlə birlikdə olacağını dərk etməyənə qədər işimizi tamamlanmış hesab edə bilmərik. Sonrakı addım daha geniş Yaxın Şərqdir. Bu regionda uğurlu olsaq, sabitliyə nail olsaq, bu sabitliyi daha geniş əraziyə yaya bilərik. Türkiyənin fundamental əhəmiyyəti var. Əminəm ki, Avropa Birliyi Türkiyəyə yaşıl işıq yandıracaqdır. Türkiyənin Avropa Birliyinə cəlb olunması ilə bizim də işimiz asanlaşacaqdır. Üçüncüsü, Ukraynanın böyük əhəmiyyəti var. Zənnimcə, gələcək illərdə Ukrayna Avropa Birliyinə və NATO-ya bu gün düşünüldüyündən daha çox yaxınlaşacaqdır. GUÖAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Cənubi Qafqaz əməkdaşlığı arasında əlaqələr intensivləşməlidir. Düşünürəm ki, mövcud strukturlardan istifadə etmək, əlaqələri genişləndirmək lazımdır. Moldovadakı qardaşlarımız isə bizə arxayın ola bilərlər. Biz Moldovanı Cənubi Avropa əməkdaşlığına cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz sərvətləri ilə və strateji əhəmiyyəti ilə məlumdur. Bizim Gürcüstana yardım etmək kimi mənəvi borcumuz var. Çünki Gürcüstanın dondurulmuş münaqişələrinin həll olunması ümumi marağa xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı