AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dəyərli atanız, böyük dövlət adamı Heydər Əliyevi itirməyimizdən dərin kədər hissi keçirirəm.
Millətimizi dünyanın inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq və daim sülh şəraitində yaşamaq üçün apardığı mübarizəsini həmişə heyranlıqla izlədim. Sizin də onun yolu ilə xalqınızın müstəqilliyini və demokratiyanı qoruyacağınıza inamım sonsuzdur.
Dərin kədərinizi ailəmlə birlikdə bölüşürük. Allah mənə ölkənizə gəlməyi qismət edərsə, ilk işim mərhum atanızın məzarını ziyarət edərək, Fatihə oxumaq, inşallah mənə nəsib olar. Orada soydaşlarımızla qucaqlaşmaq ən böyük arzumdur.
Bir daha dərin kədərinizi bölüşür, mərhum Heydər Əliyevə Allahdan rəhmət, Sizlərə səbir və uğurlarınızın davamını diləyir, başsağlığı verir, hörmət və ehtiramlarımı bildirirəm.
Ulu Allahım dünya durduqca ölkələrimizi daim müzəffər etsin.
Hörmətlə,
İ.Ertan Dəmirər Güneyli Toxuculuq Malları şirkətinin
prezidenti
Adana, 9 yanvar 2004-cü il.