AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm atanızın vəfatı xəbərini dərin hüznlə öyrəndik.
Dünya şöhrətli belə bir rəhbər şəxsiyyətin qəfildən həyatdan getməsi bizi çox kədərləndirir. Onun öz xalqı qarşısında siyasi və sosial xidmətləri dünya tarixində əbədi qalacaqdır.
Əminik ki, Heydər Əliyevin oğlu və ölkənizin yeni Prezidenti kimi Siz xalqınızın rifahı naminə atanızın yolunu davam etdirəcəksiniz.
Bu itki ilə əlaqədar Sizə səmimi qəlbdən başsağlığı veririk.
Volfqanq Hayntsen
Almaniyanın “Haytek Hayntsen” şirkətinin
icraçı direktoru
Dipurq, 16 dekabr 2003-cü il.