AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Atanız, öz xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Kustanay vilayətindəki “Heydər” Azərbaycan icması Sizinlə birlikdə dərindən kədərlənir.
Azərbaycanın böyük oğlunun adı verilmiş “Heydər” Azərbaycan icması ürəkdən əmindir ki, Siz Vətənimizin tərəqqisi naminə onun nurlu işlərinin və amallarının layiqli davamçısısınız.
Dərin hörmətlə,
Fəyyaz Axundov
Qazaxıstanın Kustanay vilayətindəki “Heydər”
Azərbaycan icmasının sədri
Kustanay, 16 dekabr 2003-cü il