AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Moskva şəhəri Sokol rayonunun icra hakimiyyəti və sakinləri Sizə və doğmalarınıza, yaxınlarınıza səmimi başsağlığı verirlər.
Heydər Əlirza oğlu Əliyev həqiqətən dünya şöhrətli böyük, əfsanəvi insan, Azərbaycan xalqının atası və Rusiyanın dostu idi. Onun yüksək peşəkarlığı, adamlarla işləmək bacarığı sayəsində Azərbaycanda istər dövlətdaxili, istərsə də xarici siyasət səviyyəli bir çox problematik məsələlər uğurla həll edilirdi.
Onun otuz ildən artıq rəhbərliyi dövründə Azərbaycan Respublikası iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmişdi və bütün MDB ölkələri və habelə dünyanın digər dövlətləri ilə münasibətlərini sabit şəkildə inkişaf etdirirdi.
Heydər Əlirza oğlu Əliyevin vəfatı təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütün bəşəriyyət üçün əvəzsiz itkidir.
Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi Azərbaycanın və Rusiyanın tarixində, habelə bütün xalqların qəlbində daim yaşayacaqdır.
Hörmətlə,
Fazil İzmaylov
Moskva şəhəri Sokol rayonu icra hakimiyyətinin
başçısı
Moskva, 16 dekabr 2003-cü il