AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının dahi rəhbəri, dünya siyasətində xüsusi yeri olan tarixi şəxsiyyət Zati-aliləri cənab Heydər Əliyevin vəfat etməsi ilə əlaqədar Sizə Rumıniyada təhsil alan Azərbaycan tələbələri adından, Rumıniya-Azərbaycan Gənclər Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Bu ağır xəbər hər birimizi dərindən sarsıtdı.
Azərbaycanlı gənclərin, xaricdə yaşayan bütün həmvətənlərimizin hər zaman dəstəyi və dayağı olan, hər bir azərbaycanlı gəncinə örnək ola biləcək ömür yaşamış ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yaddaşımızdan heç vaxt silinməyəcəkdir.
Allah bütün xalqımıza səbir versin!
Allah rəhmət eləsin!
Ruhu şad olsun!
İqbal Hacıyev
Azərbaycan-Rumıniya Gənclər
Mədəniyyət Assosiasiyasının sədri
13 dekabr 2003-cü il.