AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın Respublika günü münasibətilə Zati-alinizi şəxsən öz adımdan və bütün türk xalqı adından hərarətlə təbrik edirəm.
Türkiyə dost və qardaş Azərbaycanın bütün sahələrdə nail olduğu müsbət inkişafı təqdirlə müşahidə etməkdədir. Zati-alinizin liderliyi ilə atılan demokratik addımlarla Azərbaycanın müasir ölkələr sırasında mövqeyinin get-gedə yüksəlməkdə olması sevindiricidir.
Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq yüksək səviyyədə saxlanılan əlaqələr ortaq dili, dini və mədəniyyəti paylaşan ölkələrimizi biri-birlərinə daha möhkəm bağlayaraq, onların arasındakı yaxın dostluq və qardaşlıq duyğularını gücləndirməkdədir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının səadəti üçün ən xoş diləklərimi yetirirəm.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti