AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Müstəqilliyin 13 ili ərzində Azərbaycanda coşğun sosial-iqtisadi inkişaf olduğunu qeyd etmək xoşdur. Rəhbərlik etdiyiniz Azərbaycan Respublikasında siyasi sabitliyi, iqtisadi dirçəlişi, əhalinin həyat səviyyəsinin yüksəldiyini, MDB işlərində və regional işlərdə ölkənizin rolunun artdığını da vurğulamaq xoşdur. Mən bu uğurlara sevinirəm və əməksevər, müdrik Azərbaycan xalqının öz ölkəsinin quruculuğu işində yeni və daha böyük nailiyyətlər qazanacağına əminəm.
Son illər Çin-Azərbaycan münasibətləri inamla irəliləyir, siyasi qarşılıqlı etimad dərinləşir, ticarət-iqtisadi sahədə və əməkdaşlığımızın digər sahələrində uğurlar göz qabağındadır.
Zati-aliləri, ikitərəfli münasibətlərdəki yaxşı dinamikanın dəstəklənməsi və inkişaf etdirilməsi, münasibətlərimizin yeni səviyyəyə qaldırılması üçün Sizinlə birlikdə səy göstərməyə hazıram. Zati-aliləri, Pekində Sizinlə görüşü səbirsizliklə gözləyirəm.
Azərbaycana tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Sizə möhkəm cansağlığı diləyir və ən xoş arzularımı bildirirəm.
Xu Szintao
Çin Xalq Respublikasının sədri
Pekin, 25 may 2004-cü il.