AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Xalqlarımız və dövlətlərimiz arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı anlaşma münasibətləri hazırda Moldovanın və Azərbaycanın firavanlığı və tərəqqisi naminə dinamik inkişaf edir. Səmimi qəlbdən ümidvaram ki, Sizin gözəl ölkənizə qarşıdakı səfərim buna daha da təkan verəcəkdir.
Əminəm ki, Moldova və Azərbaycan xalqlarını birləşdirən möhkəm tellər və ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq möhkəmlənəcək və daim dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ölkədə ali vəzifədə böyük uğurlar, bütün Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Voronin
Moldova Respublikasının Prezidenti
Kişinyov, 18 oktyabr 2004-cü il.