AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin rəhbərliyiniz ilə son illər sosial-iqtisadi sahədə və beynəlxalq aləmdə əldə olunan sanballı uğurlar Azərbaycan xalqının rifahının və firavanlığının təmin olunmasına yönəldilmiş praqmatik, ölçülüb-biçilmiş daxili və xarici siyasətin real təzahürüdür.
İnanıram ki, Özbəkistan və Azərbaycan arasında zamanın sınağından çıxmış dostluq və qarşılıqlı tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.
Hörmətlə,
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti.