AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə böyük məmnuniyyətlə Sizi təbrik edir, xalqınıza əmin-amanlıq və rifah, Sizə isə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Cari ilin payızında Rumıniyaya edəcəyiniz və ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrdə dönüş yaradacaq rəsmi səfərinizi səbirsizliklə gözləyirəm. İnanıram ki, Rumıniya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması bu münasibətlərə yeni dinamika verəcək və ölkələrimizi birləşdirən dostluğu təsdiqləyəcəkdir.
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizi bir daha təbrik edir və cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan Besesku
Rumıniyanın Prezidenti.