AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Hindistan ilə Azərbaycan arasında ənənəvi tarixi və mədəni əlaqələrə əsaslanan çox yaxşı münasibətlər mövcuddur. Ölkələrimiz qarşılıqlı faydalı dostluq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün birgə çalışmışdır. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və xoşbəxtlik arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyi Zati-alinizdən xahiş edirəm.
Pratibha Devisinqh Patil
Hindistanın Prezidenti.