AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Respublika günü münasibətilə Sizə və hökumətinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam.
Ölkələrimiz arasında dostluq münasibətlərindən razılıq duyur, həmin münasibətləri həm ikitərəfli, həm beynəlxalq səviyyədə möhkəmləndirmək məqsədi ilə Sizinlə işimizin davam etdirilməsini səmimiyyətlə arzulayıram.
Ən xoş arzularla,
Hacı Həssənal Bolkiah
Bruneyin Sultanı