AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu, əziz həmkar,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Şadam ki, ölkələrimiz arasında çox sıx əməkdaşlıq davam edir. İnanıram ki, münasibətlərimiz gələn illər ərzində həm ikitərəfli, həm çoxtərəfli səviyyədə daha da dərinləşəcəkdir.
Azərbaycan Respublikasına və onun xalqına rifah və tərəqqi arzulayır, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Sizin dostunuz,
Toomas Hendrik İlves
Estoniya Respublikasının Prezidenti