RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın Respublika Gününün qeyd olunması münasibətilə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Fürsətdən istifadə edərək İndoneziya və Azərbaycan arasında dostluq əlaqələrinin xalqlarlımızın qarşılıqlı mənafeyi və tərəqqisi naminə inkişaf etdiriləcəyinə ümidvar olduğumu bir daha qeyd etmək istəyirəm.
Susilo Bambanq Yudhoyono
İndoneziya Respublikasının Prezidenti