RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümünü qeyd etdiyiniz bir vaxtda şəxsən öz adımdan və Litva xalqı adından səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sizə və Azərbaycan xalqına uğurlar və rifah arzulayıram.
Ərazicə kiçik ölkələr olan Litva və Azərbaycan öz vətəndaşlarının rifahını, təhlükəsizliyini və əmin-amanlığını təmin etməkdə ümumi maraqları ilə bir-birinə bağlıdır. Yalnız qətiyyətli, açıq və konstruktiv formada işləməklə biz həmin məqsədlərə uğurla çata bilərik. Əminəm ki, Litva və Azərbaycan dövlətlərinin inkişafı, onların tarixi təcrübəsi və hətta aralarındakı uzaq məsafəyə baxmayaraq ortaq maraqları ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Demokratik cəmiyyət və bütün ölkələrlə dostluq münasibətləri qurmaq məqsədilə 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan edən bəyannamənin əsasını təşkil edən konsepsiya öz xüsusi əhəmiyyətini bu gün də itirməmişdir. İnanıram ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində apardığımız birgə fəaliyyət və daha dərin ikitərəfli iqtisadi, mədəni, siyasi əlaqələr həmin məqsədlərə çatmağa töhfə verə bilər.
Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Daliya Qribauskayte
Litva Respublikasının Prezidenti