RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin!
Bu gün Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və xalqın rifah səviyyəsinin yüksəldilməsi yolu ilə inamla irəliləyən ən dinamik inkişaf edən ölkələrdən biridir. Ölkənizin beynəlxalq aləmdə nüfuzu daim artır, Rusiya Federasiyası və onun regionları ilə möhkəm mehriban qonşuluq münasibətləri inkişaf edir. Azərbaycanın birinci Prezidenti, xalqınızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin seçdiyi bu yolu son yeddi ildə Siz layiqincə davam etdirirsiniz.
Stavropolu köhnə və sınanmış işgüzar tərəfdaşı olan Azərbaycan Respublikası ilə xüsusi dostluq telləri bağlayır. Bizim ümumi istəklərimiz bu yaxınlarda Stavropol nümayəndə heyətinin Bakıya səfəri zamanı imzalanmış ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişdə təsbit olunmuşdur. Ürəkdən inanıram ki, mehriban qonşuluq sahəsində toplanmış təcrübə ilə yanaşı bu sənəd də bizi strateji tərəfdaşlıq yolu ilə irəlilədəcək və qarşılıqlı uğurlara gətirib çıxaracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına sülh, xoş günlər, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Valeri Qayevski
Stavropol Diyarının qubernatoru