AZƏRBAYCAN-RUSİYA SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİ
Fevralın 22-də Prezident sarayında geniş tərkibdə görüşdən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur.
Dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə bəyanatını imzaladılar.
Sverdlovsk vilayəti hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişi Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel və Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov imzaladılar.