Azərbaycan şahmatçıları Türkiyədə liderlik edirlər
Bakı, 5 iyul, AZƏRTAC
Ankarada Başkent Tibb Universitetinin şahmat üzrə beynəlxalq turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə 7 ölkədən 173 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Azərbaycanı bu turnirdə qrossmeysterlər Fərid Abbasov, Vüqar Rəsulov, Ürfan Sevdimalıyev, beynəlxalq dərəcəli usta Ülvi Sadıxov, FIDE ustası Şəhriyar Rəhmanov, habelə Elnur Əliyev, Sadiq Məmmədov və Ramil Cavadov təmsil edirlər.
Altı turdan sonra 5,5 xal toplamış Fərid Abbasov və özbək Curabek Xamrakulov hamıdan irəlidədir. Azərbaycan şahmatçılarından Ülvi Sadıxov onlardan yarım xal, Ürfan Sevdimalıyev və Vüqar Rəsulov 1 xal, Şəhriyar Rəhmanov, Ramil Cavadov və Elnur Əliyev 1,5 xal geridədir.
Beynəlxalq turnir iyulun 6-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]