Azərbaycan şahmatçısı “Firdovsi Open” beynəlxalq turnirində üçüncü yeri tutub
Bakı, 8 fevral, AZƏRTAC
İranın Məşhəd şəhərində keçirilən “Firdovsi Open” beynəlxalq şahmat turniri yekunlaşıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz Qədir Hüseynov sonuncu turda ermənistanlı rəqibi Hovannes Qabuzyan ilə heç-heçə edib. Vüqar Əsədov yerli şahmatçı Eski Abolfazi Kazemiyan üzərində qələbə qazanıb. Azər Mirzəyev isə Litva təmsilçisi Virginyus Qrabliauskas ilə xalları yarı bölüb.
Beləliklə, Qədir Hüseynov 9 oyundan 7 xal toplayaraq 3-10-cu yerləri bölüşdürüb. O, əlavə göstəricilərə görə, turnirin bürünc mükafatına layiq görülüb. Vüqar Rəsulov 6,5 xalla 11-ci, Azər Mirzəyev isə 16-cı pillədə qərarlaşıb.
Turnirin qalibi adını aktivinə 7,5 xal yazdıran Rusiya şahmatçısı Pavel Malatin qazanıb.
Yarışda Azərbaycan ilə yanaşı, Gürcüstan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Litva, İran və İraqdan 178 zəka sahibi birincilik uğrunda mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]