Azərbaycan səfiri Britaniyanın “Diplomat” jurnalına müsahibəsində Dağlıq Qarabağdakı son hadisələrdən danışıb
London, 18 aprel, AZƏRTAC
Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadənin Dağlıq Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı müsahibəsi dərc edilib.
Səfir Ermənistan tərəfinin mütəmadi olaraq atəşkəs rejimini pozduğunu, son hadisələr zamanı isə bu qanunsuzluqları geniş vüsət aldığına görə bölgədə gərginlik yaranmasına səbəb olduğunu bildirib.
T.Tağızadə müsahibəsində münaqişənin tarixi haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxladığını, bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Ermənistan beynəlxalq hüququn normalarına məhəl qoymayaraq BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi ilə bağlı 4 qətnaməsinə indiyədək əməl etməyib.
Səfir Cənubi Qafqazın siyasi və iqtisadi baxımdan Avropanın bir parçası olduğunu və Dağlıq Qarabağ münaqişəsinin qitənin təhlükəsizliyini təhdid etdiyini diqqətə çatdırıb. O, problemin tezliklə beynəlxalq səviyyədə həll olunmasının vacibliyini vurğulayıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]