Azərbaycan səfiri Vatikanda bir sıra görüşlər keçirib
Roma, 30 iyun, AZƏRTAC
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Vatikan kilsəsində İsanın müqəddəs həvariləri - Pyotr və Polun xatirəsinə həsr edilmiş dua mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində diplomat Vatikanın Dövlət katibinin ümumi işlər üzrə müavini Edqar Pena Parra və Müqəddəs Pyer fabrikinin prezidenti Kardinal Mauro Qambetti ilə görüşüb.
Müqəddəs Pyer fabrikinin prezidenti ilə görüşdə səfir Rəhman Mustafayev həmsöhbətinə Cənubi Qafqazdakı vəziyyətlə bağlı ətraflı məlumat verib.
Görüşdə, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Vatikan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Roma