Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan sərhədçiləri şərəfli missiyanın öhdəsindən layiqincə gəlirlər - RƏY

Azərbaycan sərhədçiləri şərəfli missiyanın öhdəsindən layiqincə gəlirlər - RƏY

Bakı, 17 avqust, AZƏRTAC

Sərhəd hər bir ölkənin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü və toxunulmazlığını göstərir. Bu səbəbdən sərhəd anlayışı hər birimiz üçün əzizdir. Çünki ərazilərimizin sərhədləndiyi yer bizim Vətən torpaqlarımızdır. Bizim Ana Vətənimiz də sərhəddən başlayır. Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Bu gün qürurla qeyd edə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri sırasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir. Azərbaycan sərhədçiləri şərəfli missiyanın öhdəsindən layiqincə gəlməyi bacarırlar. Sərhədlərimizin mühafizəsi xalqımız və qədim ənənələrə malik dövlətçiliyimiz üçün mühüm əhəmiyyət daşıyır. Bu gün Dövlət Sərhəd Xidməti milli sərhəd mühafizəsini yaşadır və inkişaf etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli söyləyib.

Ölkəmizdə milli sərhəd xidmətinin 1918-ci ildə yaradıldığını xatırladan QHT sədri deyib ki, Azərbaycan Sərhəd Xidmətinin yenidən təşkil olunması, formalaşdırılması və inkişafı müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkilində əvəzsiz xidmətlər göstərək milli sərhəd siyasətimizin əsasını qoydu, bununla da sərhəd strategiyasını müəyyənləşdirdi. Müdrik dövlət xadimi 2000-ci il avqustun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunması haqqında Sərəncam imzaladı. 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarıldı. Eyni zamanda, onun bazasında Dövlət Sərhəd Xidməti yaradıldı. Bununla da Sərhəd Qoşunlarında keyfiyyətcə yeni mərhələ başladı. Bu, bir daha onu göstərdi ki, Azərbaycan dövləti sərhədlərimizin etibarlı mühafizəsinə xüsusi önəm verir.

“Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə sərhəd mühafizəsinin müasir tələblərə cavab verməsi, dövlət sərhədinin toxunulmazlığı tam təmin olunub.

Ötən müddət ərzində Sərhəd Qoşunlarının maddi-texniki bazası möhkəmləndirilib, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınıb. Həmçinin yeni yaradılan sərhəd dəstələrində və zastavalarında müasir tələblərə cavab verən xidməti və yaşayış binaları tikilərək istifadəyə verilib. Eyni zamanda, dövlət sərhəd mühafizəsinin infrastrukturu müasirləşdirilib, yeni hərbi hissələr yaradılıb. Hazırda sərhəd xidmətində ən müasir texnika və avadanlıqlar tətbiq edilir. O cümlədən şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev “Mən Sərhəd Qoşunlarının inkişafına böyük önəm verirəm” deyərək sərhəd quruculuğu prosesinin uğurla davam etdirilməsi üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Dövlətimizin başçısı Sərhəd Qoşunları haqqında deyib: “Sərhəd xidmətinin formalaşması işində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu Öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlamışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir”. Dövlətimizin başçısının “Sərhəd Qoşunlarının formalaşdırılmasında Heydər Əliyevin rolu müstəsnadır. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qoruyur” sözləri isə onun Sərhəd Qoşunlarının sabahına da böyük ümidlər bəslədiyinin bəyanıdır”, - deyə M.Həsənli vurğulayıb.

QHT sədrinin sözlərinə görə, bu gün sərhədçilərimiz Vətən sərhədlərini yüksək peşəkarlıqla qoruyurlar. Şəxsi heyətin döyüş hazırlığının artırılmasına xidmət edən təlimlərin keçirilməsi təqdirəlayiqdir. Belə təlimlərin keçirilməsində əsas məqsəd onlarda döyüş zamanı çeviklik, cəsurluq, qorxmazlıq vərdişlərinin aşılanması, həmçinin real döyüş şəraitində bölmələr arasında əlaqələndirmə idarəetmə orqanlarının birgə fəaliyyətinin təkmilləşdirilməsidir. Məhz Dövlət Sərhəd Xidmətində həyata keçirilən bu tədbirlər Vətən müharibəsində öz nəticəsini verdi. Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, həmin yeniliklər Ermənistan üzərində möhtəşəm Zəfərin qazanılmasında mühüm rol oynadı. Belə ki, İkinci Qarabağ müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinin şahidi olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların tətbiqi idi ki, onların bir çoxu Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirildi. Bu mənada “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatları vasitəsilə düşmənə ağır zərbələr endirən sərhədçilərimizin peşəkarlığı xüsusi qeyd edilməlidir.

Dronlar vasitəsilə düşmənin zenit-raket qurğularına, tank və artilleriya sistemlərinə ağır zərbələr endiririldi. Hədəflərin dəqiqliklə məhv edilməsi nəticəsində düşmən mühüm atəş dəstəyindən məhrum olundu, böyük itkilər verərək geri çəkildi. Eyni zamanda, Ordumuzun canlı qüvvəsinin, texnikasının qorunması, müdafiəsi təmin edildi. Bu arada qeyd etmək lazımdır ki, DSX pilotsuz uçuş aparatlarından 2016-cı il Aprel döyüşlərində də istifadə edərək düşmənə sarsıdıcı zərbələr vurmuşdu.

“Sərhədçilərimiz bir sıra rayonlarımızın işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da qəhrəmanlıq nümayiş etdiriblər. Həyata keçirilən əməliyyatlar nəticəsində Azərbaycan-İran sərhədinin işğal altındakı 132 kilometrlik hissəsi azad olundu. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin 500 kilometrlik hissəsi də düşməndən təmizləndi. Eyni zamanda, Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində üçrəngli Bayrağımız ucaldıldı. Sərhədçilərimizin apardıqları rəşadətli mübarizə nəticəsində Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz kimi strateji yüksəkliklər düşməndən azad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirən sərhədçilərimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, həmçinin Hadrut qəsəbəsinin azad olunmasında qəhrəmanlıq nümayiş etdiriblər. Vətən müharibəsində sərhədçilərin göstərdikləri qəhrəmanlıqları yüksək dəyərləndirən Ali Baş Komandan deyib: “Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.

Bu gün hər bir Azərbaycan sərhədçisi öz missiyasını şərəflə yerinə yetirərək ölkəmizin sərhədlərini ayıq-sayıq qoruyur. Öz işində məsuliyyətli olan sərhədçilərimiz sayəsində əminliklə deyə bilərik ki, Azərbaycan sərhədləri etibarlı əllərdədir”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır