AZƏRBAYCAN ŞƏRQİ AVROPA ANTİDOPİNQ TƏŞKİLATINA ÜZV SEÇİLMİŞDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernoqoriya, Serbiya, Ukrayna, Rusiya və Belarusun üzv olduğu Şərqi Avropa Antidopinq Təşkilatına (RADO) qəbul edilmişdir.
RADO antidopinq strategiyasının hazırlanması məsuliyyətini öz üzərinə götürməklə yanaşı, bir sıra ölkələrlə testlərin aparılması, onların nəticələrinə baxılması, apellyasiya, qadağan olunmuş həblərin terapevtik istifadəsi, elmi məlumatların işlənib paylanması ilə də məşğuldur.
Qurumun icraiyyə komitəsinin sədri 2 il, təşkilat şurasının üzvləri isə 4 il müddətinə seçilirlər.
RADO Şurasında Azərbaycanı Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə təmsil edəcəkdir.
Şuranın üzvləri görülmüş işlərlə bağlı ildə 4 dəfə Dünya Antidopinq Təşkilatına (WADA) hesabat verirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]