Azərbaycan Sığortaçılar Assosiasiyasında Həyat Sığortası komitəsinin fəaliyyət istiqamətləri müzakirə edilib
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Həyat Sığortası komitəsinin görüşü keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Həyat Sığortası komitəsinə “Atəşgah Həyat” ASC, “Qala Həyat” ASC və “Paşa Həyat” ASC-dən müəyyən edilmiş üzvlərin təsdiqlənməsi və komitənin fəaliyyət istiqaməti ilə əlaqədar digər məsələlər müzakirə edilib. Həmçinin həyat sığorta sahəsi üzrə müvafiq məsələlərin komitənin gündəliyinə əlavə edilməsi təklif edilib və mübahisəli hesab olunan hallar barədə fikir mübadiləsi aparılaraq tələb olunan hallarda müvafiq addımların atılması qərara alınıb.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində Həyat Sığortası komitəsi, Qeyri-Həyat Sığortası komitəsi və Hüquq komitəsinin yenidən təşkili və komitə üzvlərinin müəyyən edilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]