AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
-dekabrın 12-dən 16-dək Avstriyanın Qotzendorf şəhərində “Əməliyyat imkanları konsepsiyasının qiymətləndirmə və rəy proqramı” üzrə təlim kursu,
-dekabrın 13-dən 14-dək İtaliyanın Neapol şəhərində “Kooperativ Mako-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
X X X
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq dekabrın 12-dən 15-dək Bakı şəhərində ikitərəfli qərargah danışıqları keçirilir.