Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tarixi ədaləti bərpa etdi

Azərbaycan tarixi ədaləti bərpa etdi

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi Qələbənin sevinci fonunda 28 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali baş Komandanı İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi… Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

AZƏRTAC Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı analitik yazısını təqdim edir.

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən bu günədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlətimizin başçısı İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın səbri tükənməz deyil.

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, bu məsələdə dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Müzəffər Ali Baş Komandanın hücum əmrini gözləyib. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyimiz nəinki dövlətimizin başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Müzəffər Ali Baş Komandana ünvanlanan minnətdarlıq məktublarında da öz əksini tapırdı. Dövlətimiz, xalqımız 1 il deyil, 2 il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. “Vasitəçi neytral olmalıdır” çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac var idimi? O da məlumdur ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Dünyada cərəyan edən hər bir prosesə təsir etmək imkanına malik olan bu dövlətlər doğrudanmı işğalçı Ermənistana bu illər ərzində “gözün üstə qaşın var” demək imkanında deyildilər? Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən həmsədr dövlətlər qurumun bu günlərdə keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən dövlətlərin vasitəçiliyi əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.

“Münaqişənin həllinin hərb yolu yoxdur” fikrinin yanlış olduğu təsdiqləndi

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar problemin hərbi yolunun olmadığını qeyd edirdilər. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan dövlətlər, qurumlar da bu gün həmin düşüncələrinin nə qədər yanlış olduğunun fərqindədirlər. Azərbaycan Ordusu münaqişənin hərbi yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı, bu gün işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu da göstərdi. Məhz həmin yanlış düşüncəyə əsaslanaraq işğalçı Ermənistan bu ilin iyul, avqust və sentyabr aylarında hərbi təxribatlara cəhdlər göstərdi. Onun bu cəhdlərinin arxasında yeni ərazilər uğrunda müharibə planları dayanırdı ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında bəyan etmişdi. O zaman Ermənistana havadarlıq edən dövlətlər buna seyrçi mövqedən dayanaraq susmağa üstünlük verdilər. Amma sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa səy göstərərək böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər. Çünki Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün hərbi təxribata başlayanda belə bir müqavimət görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Bir sözlə, “yenilməz erməni ordusu” mifi darmadağın edildi. Dövlətimizin başçısı İlham Əliyev xarici mətbuata bütün müsahibələrində, eyni zamanda, xalqa müraciətlərində bu suala cavab axtardı: Yoxsul ölkənin bu qədər silahı hardandır? Ona kim bu qədər silah verir? Prezident İlham Əliyev həmin dövlətlərə bu müraciəti ünvanladı ki, siz əgər Ermənistana iqtisadi, siyasi, diplomatik, hərbi dəstəyi dayandırsanız, o, irəli sürülən şərtləri qəbul edərək danışıqlar masası ətrafında oturacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri həmin ünvanlara ciddi mesaj oldu. Ölkə Prezidenti noyabrın 10-da xalqa müraciətində də bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin: “Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın”.

Azərbaycan dövləti daim bu suallara cavab axtarıb: Bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!” deyən olmadı! Biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Amma demir.

Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın acı nəticələrini yaşayır. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma “Dağlıq Qarabağ respublikası”nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirdi, gah da “Qarabağ Ermənistandır və nöqtə” deyib münaqişənin sülh danışıqları yolu ilə həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu Nikol Paşinyanın bu “işarəsinin” nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi. Aciz duruma düşən Paşinyanın üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün yalvarışlar etdi. Tarixi bilməyən, hər zaman dövlətimizin başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Bir daha dərk etdi ki, yalanla həqiqət üzərində qələbə çalmaq mümkünsüzdür.

Biz bu qələbəni döyüş meydanında qazandıq

Ötən 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın. “Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub” söyləyən ölkə Prezidenti bildirir ki, çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Dövlətimizin başçısı, Ali Baş Komandan daim bəyan edirdi ki, biz qan tökmək istəmirik, müharibəni dayandırmalıyıq. Bunun üçün Azərbaycan tərəfinin şərtlərini qəbul edib torpaqlarımızdan rədd olsunlar.

Belə də oldu. Azərbaycan həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu, işğalçı dövlətə yerini göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun təsdiqidir. Bu bəyanat Azərbaycanın tarixi qələbəsidir.

Azərbaycan xalqı məğrur xalqdır

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bizim böyük sərvətimiz, dəyərimizdir. “Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır: “Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Azərbaycan ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa edir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, Azərbaycan xalqı!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim xalqa müraciətlərində “Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!” söyləyərək bildirir ki, bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Uca Tanrı xalqımızı, Vətənimizi qorusun! Mehriban xanım Əliyeva, eyni zamanda, Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımıza təbrikində bu arzunu ifadə etmişdir ki, qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi

Dövlətimizin başçısı İlham Əliyev ötən il Rusiyanın Soçi şəhərində siyasi dairələrdə məşhur “beyin mərkəzlərindən” biri hesab edilən “Valday” Diskussiya Klubunun XVI illik toplantısında Ermənistan baş nazirinin “Qarabağ Azərbaycandır və nöqtə” bəyanatının yalan olduğunu bəyan edərək bildirmişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, fəxr edirəm ki, mənim bir il bundan əvvəl dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Göründüyü kimi, Azərbaycana qələbə sevincini yaşadan dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz rəşadəti, birliyimiz, həmrəylimizdir. Ən əsası, şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. İşğal altında olan torpaqlarımız, Qarabağın tacı olan Şuşa özünün tarixi sahibinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında şəhidlərimizin qanının yerdə qalmayacağını bildirirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların ruhu şaddır. Onların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi.

Artıq bu gündən istər ölkəmizdə, istərsə də işğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu. Yaşa, Azərbaycan xalqı! Sən qələbə sevinci yaşamağa layiq məğrur, öz tarixinə sahib çıxan, ədaləti bərpa edən xalqsan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Qarabağda təhsil sahəsində yeni dövr başlayır

İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

Türkiyədəki müəssisələrin təxminən yarısının xidmət sektorunda fəaliyyət göstərdiyi məlum olub

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Dünyada ilk: Süni intellekt beyin şişi əməliyyatında cərrahlara kömək edib

“Mançester Siti” süni intellektlə hazırlanan yeni formalarını təqdim edib

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb

DİM: 12 ali təhsil müəssisəsində plan yerləri tam dolub

Əcnəbi jurnalistlər Türkiyə seriallarının istehsal prosesi ilə tanış olacaqlar

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

ADPU-nun qəbul planı 97 faiz dolub

Unudulmaz şərqşünas-alim və müəllim

Fransız deputatın ölkənin borcunun dondurulmasına dair təklifi AMB ilə bağlı mübahisəni qızışdırıb

Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramı başlanır

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Laçın Beynəlxalq Film Festivalı başa çatıb

DİM “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Bu saata olan əsas xəbərlər

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib

“Paxis” startapının təsisçisi Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Bu gün Ümumdünya Göllər Günüdür

Niderlandlı veteran futbolçu: “Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır

Azərbaycanın kimyaçı alimləri Özbəkistandakı beynəlxalq elmi platformada təmsil olunacaq

Yeni təmayül tədris modeli üzrə 7845 şagird müraciət edib

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb

Hərracda 44 nəqliyyat vasitəsi satılıb

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir

Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama

® “Ziraat Bank Azərbaycan”ın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Professor: Vasim Məmmədəliyevin bilik dairəsi şərqşünaslıq və ilahiyyatla məhdudlaşmırdı

Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır

Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb VİDEO

Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb VİDEO

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi  REPORTAJ  VİDEO

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ VİDEO

Akademik: Vasim müəllimin yeri daim görünür

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

® “Rabitəbank”dan təhsil işçilərinə 50 min manatadək nağd pul krediti

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib VİDEO

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib VİDEO

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib VİDEO

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib VİDEO

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq