Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCAN TARİXİNDƏ HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ” KİTABININ TƏQDİMATI

AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 5-də “Gülüstan” sarayında tarix elmləri doktoru, əməkdar elm xadimi, professor, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbiri üzvü Nizami Cəfərov mərasimi giriş sözü ilə açaraq, ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqımıza göstərdiyi tarixi xidmətlərindən danışmış və butün bu işlərin təqdim olunan kitabda geniş və əhatəli əks olunduğunu vurğulamışdır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, akademik Bəkir Nəbiyev, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, Milli Məclisin deputatı Məlahət Həsənova, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, təqdim olunan kitabın redaktoru Əli Həsənov çıxış edərək, ümummilli liderimizin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətindən danışmış, əsər barədə təəssüratlarını bölüşmüşlər. Qeyd olunmuşdur ki, dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı təkcə siyasi fəaliyyəti və uzaqgörənliyi ilə yox, həm də qəhrəmanlığı ilə xilas etmişdir. Butün bunlar müəllifin bədii təfəkkür süzgəcindən süzülərək böyük ustalıqla qələmə alınmışdır.

“Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” kitabının əhəmiyyətindən danışan natiqlər bildirmişlər ki, müəllifin uzun və gərgin elmi axtarışlarının nəticəsi olan bu əsər xalqımızın böyük oğlu, dünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin doğma xalqa bəxş olunmuş və nəsillərə nümunə olan ömür yolunun işıqlandırılmasına həsr edilmişdir.

Kitabın elmi redaktoru, tarix elmləri doktoru Əli Həsənovun əsərə yazdığı “Əliyevşünaslığa mühüm töhfə” sərlövhəli geniş ön sözü yüksək qiymətləndirən natiqlər əminliklə demişlər ki, müəllif növbəti əsərlərində də uğurlu dəst-xəttini saxlayacaqdır. Müqəddimə, ön söz, 6 bölmə və son sözdən ibarət olan kitabda Heydər Əliyevin doğma xalqı qarşısındakı xidmətlərinə Azərbaycanın bütün tarixi fonunda nəzər salındığı diqqətə çəkilmiş və qeyd olunmuşdur ki, müəllif dahi rəhbərimizin zəngin siyasi fəaliyyətinə bir alim nəzəri ilə, hadisələrə isə vətəndaşlıq hissləri və ulu öndərimizə olan tükənməz sevgi və məhəbbətlə yanaşmışdır.

Kitabın birinci bölməsində ən qədim zamanlardan ölkəmizin dövlət müstəqilliyinin bərpasına qədərki dövrdə Azərbaycanın dövlətçilik tarixindən bəhs olunur. Bu bölmənin “Şimali Azərbaycanda kommunist rejimi (28 aprel 1920-ci il – 18 oktyabr 1991-ci il)” adlanan fəslində müəllifin xalqımızın Sovet hakimiyyəti illərindəki tarixini iki dövrə - Ağır sınaqlar dövrü (1920-1969); H.Ə.Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü: Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması dövrlərinə ayırması dərin tarixi araşdırmaların məhsulu kimi səciyyələndirilməlidir.

Bu fəsildə müəllif konkret tarixi faktlara, o cümlədən bilavasitə özünün şahidi olduğu faktlara əsaslanaraq göstərir ki, məhz Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi, onun dərindən düşünülmüş, məqsədyönlü və çoxsahəli fəaliyyəti nəticəsində tariximizdə müstəqilliyə doğru böyük dönüş və milli oyanış dövrü başlandı. O zaman Heydər Əliyev xalqımızın vətənpərvər oğullarını, milli əhval-ruhiyyəli ziyalılarını təqiblərdən qorudu və bununla, əslində, milli oyanışın başında dayandı.

Çıxışlarda “Azərbaycanımızı bugünkü müstəqil həyata hələ keçən əsrin 70-80-ci illərinin əvvəllərində məhz Heydər Əliyev şəxsiyyəti hazırlamışdır” deyən müəllifin tarixi gerçəkliyə söykənən elmi nəticəsi yüksək qiymətləndirilmiş, əsərin “Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası”, “Qurtuluş mübarizəsinin qalibi”, “Yeni Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu”, “Ata yurdumuzun Atatürkü” adlanan sonrakı bölmələrində dahi dövlət xadiminin Vətən və xalq qarşısındakı əvəzsiz rolunun geniş işıqlandırılmasının əhəmiyyətindən danışılmışdır.

Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolunun məktəblilərə öyrədilməsinin vacibliyindən danışan natiqlər demişlər ki, bu işdə də təqdim olunan əsər əvəzsiz vəsaitdir. Məhz bu baxımdan kitabın “Ata yurdumuzun Atatürkü” bölməsi və orada verilmiş “Oyanış”, “Dirçəliş”, “Qanlı Yanvar”, “18 oktyabr – istiqlalımızın bərpası”, “Xocalı soyqırımı”, “Yeni Azərbaycanın qurucusu” başlıqları bu istiqamətdə ilk təşəbbüs kimi diqqəti çəkir və bütün bunlar gənc nəslin düzgün maariflənməsində özünü göstərəcəkdir.

Natiqlərin fikrincə, “Dahi şəxsiyyətin Vətən naminə mübarizə yolu” adlanan son sözün sərlövhəsində də dərin məna və məntiq var. Burada müəllif tarixşünaslığımızda ilk dəfə olaraq Heydər Əliyevin dövlətçilik fəaliyyətini XX yüzilliyin 40-cı illərindən başlayaraq altı dövrə ayırır və hər bir dövrün elmi səciyyəsini verir. Müəllif Azərbaycanın tarixi keçmişinə və dünya tarixinə nəzər salaraq belə bir nəticəyə gəlir ki, tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir. XX əsrdə isə dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur.

Müəllif haqlı olaraq yazır ki, Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib–tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların hamısı bir keyfiyyət altında birləşir: Heydər Əliyev Böyük Azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarıdır. Mərasimdə çıxış edənlər ümummilli liderimizin xidmətlərinin məhz bu cür qiymətləndirilməsini yüksək dəyərləndirmişlər.

Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib–tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyətinin duruş gətirdiyini vurğulayan müəllifin fikrinə şərik olan natiqlər böyük qürurla bildirmişlər ki, dahi rəhbərimizin azərbaycançılıq ideyaları yaşayır və yaşayacaqdır, onun siyasi xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan xalqına, Azərbaycana qüdrətli bir siyasətçinin - düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri, yüzilləri qabaqlayan, qalın-qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyevin ən layiqli davamçısı başçılıq edir.

Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidmətlərindən biri də odur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin coğrafi–siyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir! Qurtuluş mübarizəsinin qalibi isə Heydər Əliyev şəxsiyyəti olmuşdur. Əsərdə bu, xüsusi vurğulanır.

Axırda çıxış edən Yaqub Mahmudov mərasim iştirakçılarına təşəkkür edərək demişdir ki, bu kitabı yazmaqla mənən yüngülləşmiş, əsərin ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi onu yaradıcılığa daha da ruhlandırmışdır. Həyatının ən xoşbəxt anlarını yaşadığını deyən müəllif Heydər Əliyev irsinin araşdırılması, dahi rəhbərimizin ideyalarının gələcək nəsillərə çatdırılması üçün səylərini davam etdirəcəyini bildirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır